Dövlət qurumu Qorxmaz Hüseynovu məhkəməyə verdi – Çəkişmənin kökündə nə dayanır?
Hit.az xəbər verir ki, iddiaçı “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” Publik Hüquqi Şəxsdir. Bu qurum Ekologiya və Təbi Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
“Azərsu” ASC-nin məhkəməyə verilməsinə öhdəliklər üzrə mübahisələr səbəb olub. İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq. Artıq martın 29-na hazırlıq iclası təyin edilib.
“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” Publik Hüquqi Şəxs bundan əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-ni məhkəməyə vermişdi. Bu məhkəmə çəkişməsinin kökündə də öhdəliklər üzrə mübahisələr dayanır.
“Azərsu” ASC ilə Meliorasiya və Su Təsərrüfatı ASC Azərbaycanda su təsərrüfatına cavabdeh olan əsas qurumlardır. Hər iki qurumun fəaliyyəti zaman-zaman tənqid olunub. Hətta sözügedən ASC-lər Prezident səviyyəsində də tənqidə tuş gəlib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdur. O, 2011-ci ildən bu vəzifədədir. Qorxmaz Hüseynov bu yaxınlarda Türkan qəsəbəsindəki 100 milyonluq özəl çimərliyi və mini limanı olan villası ilə gündəmə gəlmişdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək