Dövlət qurumu “Azərsun Holdinqi” məhkəməyə verdi
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Duz İstehsalat Birliyi” QSC-ni məhkəməyə verib.
HİT.Az xəbər verir ki, Agentliyin iddiası artıq icraata götürülüb. Aprelin 13-nə hazırlıq iclası təyin edilib. İşə hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.
Məlumata görə, QSC-nin məhkəməyə verilməsinin səbəbi öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumdur.
“Duz İstehsalat Birliyi” QSC isə “Azərsun Holdinq”ə daxil olan təsisatdır. QSC 21 sentyabr 2007-ci il tarixdə “Azərsun Holdinq” tərəfindən təsis edilib.
“Azərsun Holdinq” Azərbaycanda ərzaq məhsullarının istehsalçısıdır. Ərzaq məhsullarının bahalaşması ilə bağlı bu günlərdə mediada yer alan materiallarda qiymət artımı holdinqin sabotajı kimi dəyərləndirilib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək