XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Nar” onlayn təhsil alanlar üçün “TƏHSİL+” internet paketinin müddətini uzadıb

"Nar” onlayn təhsil alanlar üçün “TƏHSİL+” internet paketinin müddətini uzadıb

"Nar” onlayn təhsil alanlar üçün “TƏHSİL+” internet paketinin müddətini uzadıb
15-03-2021, 15:49

“Nar” pandemiyanın davam etməsi ilə əlaqədar olaraq şagird, tələbə və müəllimlərin dərslərə onlayn qoşulması üçün təqdim etdiyi “TƏHSİL+” internet paketinin müddətini uzadıb.

Aprelin sonuna qədər istənilən məkandan rahatlıqla “Microsoft Teams” və “Zoom” tətbiqlərindən heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən istifadə etmək mümkündür.

Qeyd edək ki, paket abunəçilərə hər iki tətbiqdən istifadə üçün sürət limiti olmayan 50GB təqdim edir. Paketin qiyməti 10 AZN təşkil edir. Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya 777 nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər. “TƏHSİL+” internet paketi haqqında ətraflı məlumat http://www.nar.az/tehsil-plus/ səhifəsindən əldə etmək olar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.