“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib
- “Nar” pandemiya dövründə onlayn formatda təhsil alan şagird və tələbələrin, eləcə də müəllimlərin dərslərə istənilən məkandan rahatlıqla qoşula bilməsi üçün “TƏHSİL+” internet paketini təqdim edib. Yeni internet paketi ilə “Microsoft Teams”, həmçinin də “Zoom” tətbiqlərindən heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən istifadə etmək mümkündür.
Bu paket çərçivəsində abunəçilərə hər iki tətbiqdən istifadə üçün sürət limiti olmayan 50GB təqdim olunur. Qeyd edək ki, “TƏHSİL+” internet paketinin üstünlüklərindən biri də “hotspot” funksiyası vasitəsilə internetin paylaşıla bilən olmasıdır. Paketin qiyməti 10 AZN təşkil edir. Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya “777” nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər.
“Nar” uzunmüddətli KSM strategiyası çərçivəsində ölkədə təhsilin inkişafını dəstəkləyən bir çox sosial layihələr həyata keçirir. Təqdim olunan yeni internet paketi də ictimai izolyasiya dövründə təhsil prosesində iştirak edən şagird və tələbələrə, eləcə də müəllimlərə dəstək məqsədilə yaradılıb. “TƏHSİL+” internet paketi haqqında daha ətraflı məlumat üçün buradan ala bilərsiniz.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH