SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirir - FOTO

Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirir - FOTO

Tarix:

5-05-2017, 17:45

/ 139 648 dəfə oxundu.
Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirir - FOTO

Bakının Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçirir.
5-ci mikrorayon ərazisində yerləşən Asif Məhərrəmov küçəsi 46, 48, 50 və 52-ci saylı binaların sakinləri sıx ərazidə tikiləcək obyektin onların həyatını çətinləşdirəcəyini bildirir.
Sakinlər obyektin tikintisindən sonra 4 binaya gediş gəlişin çətinləşəcəyini, təcili tibbi yardım və yanğınsöndürən maşınların daxil olması üçün yolun bağlanacağını deyib.
İş icraçıları sakinlərə “Nicat” MMC tərəfindən tikiləcək obyektin şahmat məktəbi olacağını bildirib.
Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilən sorğunun cavabında isə bildirilib ki, həmin ərazidə şahmat klubunun tikintisi nəzərdə tutulmayıb.

report
Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirir - FOTO
Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirir - FOTO
Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirir - FOTO
Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirir - FOTO

Şərhlər

XƏBƏR LENTİ