Nəsimi rayonunda Mircəlal Paşayevin adını daşıyan küçədə natəmizlik hökm sürür
Bakının Nəsimi rayonu Mir Cəlal küçəsində yeni təmir edilmiş və müasir standartlara uyğunlaşdırılmış parkın ətrafındakı binaların sakinləri bir aydan çoxdur zibil atmağa sözün həqiqi mənasında yer tapa bilmirlər.
Bu barədə narazılıq bildirən sakinlər həmin küçədə 44 və 48 nömrəli binaların qarşısında dar bir ərazidə yeni bina inşa olunduğunu və işlər başlayandan indiyədək həmin yerdən zibil qablarının yığışdırıldığını deyiblər. Sakinlər məcburiyyət qarşısında zibil tullantılarını küçəyə atdığı üçün ərazi artıq zibilxanaya çevrilib.
Böyük alimimizin adını daşıyan bu küçədəki vəziyyət heçdə ürəkaçan deyil. Yenicə təmir işləri aparılmış bu ərazidəki acınacaqlı vəziyyətlə bağlı dəfələrlə Nəsimi rayon İH dəki məsul şəxslərin diqqətinə çatdırılsa da, heç bir addım atılmayıb və problem həll olunmayıb. 

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...