Nəsiminin başçısı FHN-nin su anbarını satdı, camaat qalxdı
Bakının 20 Yanvar küçəsi, 22 ünvanda yaşayan sakinlər qanunsuz tikintiyə etiraz edirlər. Bu haqda jurnalist Arifə Əliyeva feysbuk üzərindən canlı yayım edib.
“Qızıl tac” restoranı yaxınlığında, iki bina arasında yerləşən Fövqəladə Hallar Nazirliyinə məxsus su anbarının üstündə yaşayış binası inşa olunur.
Sakinlər FHN-ə müraciət etdikdən sonra əraziyə baxış keçirilib və nazirlik tərəfindən tikinti dayandırılıb. Lakin iyunun 9-da təzədən tikinti davam etdirilib.
Bu dəfə sakinlərin şikayət etməsini və çəkiliş aparmasını görən iş icraçıları dərhal tikintini dayandırıblar, dəmir hasarlar bağlayıblar.
Şikayətçilər deyirlər ki, tikintini Abbas Hüseynov adlı fiziki şəxs aparır və ərazidə ağacları məhv edib.
O, Nəsimi Rayon İcra Hakimiyyətindən tikintiyə icazə sərəncamı aldığını desə də, sakinlərə sənədin yalnız surətini göstərir, orjininalını isə təqdim etmir.
Hadisə yerində olan jurnalistə açıqlama verən A.Hüseynov bildirib ki, tikintiyə icazə sənədi ona məxsus ofisdədir və təqdim etməyə hazırdır.
O, FHN-ə aid su anbarının köhnə və istifadəsiz olduğunu bildirib. Tikinti sahibi ərazidə 5 mərtəbəli bina inşa etdiyini və ərazinin abadlaşdıracağını söyləyib.
Halbuki, FHN-a aid su anbarının üstündə qanunsuz tikinti aparılır və nazirlik də buna imkan verməyib. Ancaq sahibkar Nəsimi icra başçısı Asif Əsgərovla necə anlaşıbsa, iki yaşayış binasının tən ortasını alaraq bina inşa edir.
Qeyd edək ki, son illərdə A.Əsgərov Nəsimi rayonunda satmadığı yaşıllıq, binaların həyətləri, yollar, səkilər qalmayıb.
AzEuroNews.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək