XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » *Space” televiziyası ilə bağlı qərar verildi

*Space” televiziyası ilə bağlı qərar verildi

*Space” televiziyası ilə bağlı qərar verildi
11-01-2021, 16:57

11 yanvar 2021-ci il tarixdə Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib.

Şuradan verilən xəbərə görə, iclasda “Space Müstəqil Teleradio” MMC-nin “Space” televiziya kanalının HD siqnal ilə yayımlanması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Milli Televiziya və Radio Şurası “Space” televiziya kanalının (Space TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.