Space TV-nin yayımı söyüşə görə 3 saatlıq dayandırılacaq
Bu gün Audiovizual Şurasının videoformatda iclası keçirilib.
İclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlanmış “Media FM” radio kanalının efirində “Reklam haqqında” Qanunun, “Space TV” televiziya kanalının efirində isə “Media haqqında” Qanunun tələblərinin pozulması faktları müzakirə olunub.
Belə ki, ümumölkə yerüstü radio yayımçısı olan “Digital Media” MMC-nin “Media FM” radio redaksiyasının efirində 11 may tarixində saat 08.48-də, 15 may 2023-cü il tarixində saat 08.50-də, 09.49-da və 12.50-də “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktları qeydə alınıb.
Bundan başqa, ümumölkə yerüstü televiziya yayımçısı olan “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində “Gəl, danış” proqramının yayımı zamanı (saat 13.01-də) “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanıb.
Şura üzvləri aparılan müzakirələrdən sonra hər iki redaksiyaya qarşı yayımın dayandırılması sanksiyasının tətbiq olunmasına yekdilliklə səs veriblər. Beləliklə, Azərbaycan Respublikası Audiovizual Şurasının qəbul etdiyi müvafiq qərarlara əsasən “Media FM” radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, “Space TV” televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 08.00-11.00 arası 3 saatlıq dayandırılacaq.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı