XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Uşaq pulu məsələsinə birdəfəlik nöqtə qoymalıyıq" - Millət vəkili

"Uşaq pulu məsələsinə birdəfəlik nöqtə qoymalıyıq" - Millət vəkili

"Uşaq pulu məsələsinə birdəfəlik nöqtə qoymalıyıq" - Millət vəkili
10-09-2020, 12:12

"Ölkədə Azərbaycan dilindən başqa bütün dillərdə reklam var. Dövlət Reklam Agentliyinin yaradılmasına baxmayaraq bu məsələ həll edilməyib. Reklamlar Azərbaycan dilində olmalıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Onun fikincə, bu məsələ ilə bağlı Agentliklə dinləmələr keçirilməlidir.

Millət vəkili həmçinin bildirib ki, bank sistemində problemlər var və bununla bağlı Azərbaycan Mərkəzi Bankl ilə dinləmələr keçirilməlidir.

Bundan başqa, onun sözlərinə görə, Rəqabət Məcəlləsinin qəbul olunması vacibdir: “Biz bu məsələni qaldırmaqdan yorulmuşuq. Məcəlləni biz qəbul etməliyik. Hər sessiyada bizə deyirlər ki, gələn sessiya hazır olacaq”.

O uşaq pulunun bərpa olunması məsələsini də qaldırıb: “Biz bu məsələyə birdəfəlik nöqtə qoymalıyıq ki, uşaq pulu verilir ya yox. Bu, çox ciddi bir məsələdir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.