Vahid Əhmədov: 10 ildir ki, Rəqabət Məcəlləsini qəbul edə bilmirik
"Düz 10 ildir ki, Rəqabət Məcəlləsini qəbul edə bilmirik. Çünki bazarda inhisarçılıq mövcuddur".
Bunu Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Bakıda keçirilən tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda qadınlar kişilərdən daha çox hüquqa malikdir: "Hazırda qadınlar bizdən daha çox hüquqa malikdir. Mən həmişə demişəm ki, millətimiz işgüzardır. Bircə bu millətə dəyməyin, işləsinlər, vergilərini ödəsinlər. Sizi əmin edirəm ki, belə olsa, ölkədə qiymətlər indikindən 2 dəfə ucuz olar".
Deputat deyib ki, dövlət büdcəsininin müzakirəsi üçün qeyri-hökumət təşkilatları da cəlb edilə bilər: "6-7 il öncə biz müxtəlif ictimai təşkilatları büdcə müzakirəsinə dəvət edirdik. İndi də elə olmalıdır. Büdcəni daha geniş kütlə ilə müzakirə etməliyik".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...