SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahil Babayevin kadrı İsmayıllıda mağaza tikdirir

Sahil Babayevin kadrı İsmayıllıda mağaza tikdirir

Tarix:

12-06-2020, 12:23

/ 1 971 dəfə oxundu.
Sahil Babayevin kadrı İsmayıllıda mağaza tikdirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri Muradov Kamran İnqilab oğlu obyekt tikdirir.
Reportyor.info xəbər verir ki, şöbə müdiri İsmayıllı şəhəri, Heydər Əliyev prospektində, rayon İcra Hakimiyyətinin yaxınlığında özünə sahəsi 454,5 kvadrat metr olan ikimərtəbəli, zirzəmili mağaza tikdirib. Məlumatı jurnalist Cavanşir Həsənli yayıb. Maraqlıdır ki, bu ilin yanvarında Kamran Muradovun fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılsa da, İsmayıllı rayon İcra Hakimiyyətinin saytında onun hələ də DSMF-nin şöbə müdiri kimi fəaliyyət göstərdiyi qeyd olunur.
Sahil Babayevin kadrı İsmayıllıda mağaza tikdirir


Şərhlər

XƏBƏR LENTİ