SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kamran Muradov İsmayıllı Rayon İcra Hakimiyyətinin Yaxınlığında Özünə Mağaza Tikdirib?!

Kamran Muradov İsmayıllı Rayon İcra Hakimiyyətinin Yaxınlığında Özünə Mağaza Tikdirib?!

Tarix:

15-06-2020, 17:15

/ 2 084 dəfə oxundu.
Kamran Muradov İsmayıllı Rayon İcra Hakimiyyətinin Yaxınlığında Özünə Mağaza Tikdirib?!

Sahil Babayevin işçiləri nə işlə məşğuldurlar? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri Muradov Kamran İnqilab oğlu İsmayıllı şəhəri, Heydər Əliyev prospektində, rayon İcra Hakimiyyətinin yaxınlığında özünə sahəsi 454,5 kvadrat metr olan ikimərtəbəli, zirzəmili mağaza tikdirib.” Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində yazıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli yazısında onu da qeyd edib ki, bu ilin yanvarında Kamran Muradovun fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılsa da, İsmayıllı rayon İcra Hakimiyyətinin saytında onun hələ də DSMF-nin şöbə müdiri kimi fəaliyyət göstərdiyi qeyd olunur.

Qeyd edək ki, bu ilin yanvar ayında Xəbəral.az saytının yaydığı məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında DSMF-nin İsmayıllı rayon şöbə müdiri tutduğu vəzifədən azad edilib.

Xəbəral.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Kamran Muradov DSMF-nin İsmayıllı rayon şöbəsinin müdiri işlədiyi dönəmdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. O, öz yaxınlarına, qohumlarına saxta sənədlər, əlillik, ünvanlı sosial yardım düzəltdiyi üçün cəzalandırılıb. Vətəndaşların şikayəti əsasında ƏƏSMN-dən sözügedən idarəyə göndərilən yoxlama kifayət qədər nöqsanlar aşkarlayıb.

K. Muradovun qohumları üçün düzəltdiyi saxta sənədlər, ünvanlı sosial yardımlar ləğv edilib. Dövlət büdcəsindən mənimsənilən pul geri ödətdirilib. Hətta Kamran Muradov özünü saxta pensiyaya çıxartdığına görə 8000 manat dövlət büdcəsinə pul ödəyib və ömürlük pensiyadan məhrum edilib.

Qeyd edək ki, K. Muradov 2009-cı ildən DSMF-nin İsmayıllı rayon şöbəsinin müdiri vəzifəsində çalışır.

Məsələ ilə bağlı Kamran Muradov ilə əlaqə saxladıq. İşdən azad olunmasını təsdiq edən Muradov bildirdi ki, səhhəi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunub. “İşlədiyim müddətdə mən heç bir qanun pozuntusuna yol verməmişəm. Barəmdə deyilənlər yalandır. Həqiqətə uyğun deyil”.
Kamran Muradov İsmayıllı Rayon İcra Hakimiyyətinin Yaxınlığında Özünə Mağaza Tikdirib?!


Şərhlər

XƏBƏR LENTİ