XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Palata Vüqar Səfərlinin dövrü ilə bağlı Baş Prokurorluğa müraciət etdi

Palata Vüqar Səfərlinin dövrü ilə bağlı Baş Prokurorluğa müraciət etdi

Palata Vüqar Səfərlinin dövrü ilə bağlı Baş Prokurorluğa müraciət etdi
10-06-2020, 11:50

Hesablama Palatasının kollegiyası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə edib.

Palatadan Unikal.org-a bildirilib ki, auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Qeyd edək ki, Vüqar Səfərli 2009-cu ildən 2020-ci ilin aprel ayınadək KİVDF-nin icraçı direktoru vəzifəsində çalışıb. Hesablama Palatası da məhz, onun rəhbər olduğu dövrlə bağlı araşdırma aparır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.