"Gilan İnşaat" məhkəməyə verildi
“Qazax Sement Zavodu” MMC "Gilan İnşaat" MMC-ni məhkəməyə verib.
Unikal.org-un məlumatına görə, sement zavodu iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, inşaat şirkətindən 35 min 640 manat məbləğində pulun tutulub, ödənilməsini istəyib.
İddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aytən Oruczadənin sədrliyi ilə araşdırılıb.
Məhkəmə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddiaçı “Qazax Sement Zavodu” MMC-nin elektron qaydada daxil olmuş sənədləri qaytarılmalıdır. Azərbaycan Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür.
Azərbaycan MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
Məhkəmə tərəfindən müəyyən olunub ki, iddiaçı “Qazax Sement Zavodu” MMC AZEMİS elektron məhkəmə sisteminə iddia ərizəsini elektron olaraq, imzasız əlavə edib.
MPM-nin 149.1-ci maddəsini rəhbər tuturaq, məhkəmə tərəfindən iddia ərizəsini səlahiyyətli şəxs tərəfindən verildiyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını müəyyən etmək mümkün olmayıb.
Qərara əsasən, elektron qaydada əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...