XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Naxçıvan korovirus avandanlıqlarını hardan alıb? - Fransızlar bizi Afrika ilə qarışdırmayıblar ki?

Naxçıvan korovirus avandanlıqlarını hardan alıb? - Fransızlar bizi Afrika ilə qarışdırmayıblar ki?

Naxçıvan korovirus avandanlıqlarını hardan alıb? - Fransızlar bizi Afrika ilə qarışdırmayıblar ki?
15-05-2020, 12:54

Naxçıvan Muxtar Respublikasında bu gün koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərlə bağlı tədbir keçirilib”.

Ovqat.com xəbər verir ki, məlumatı Muxtar Respublikanın rəsmi informasiya agentliyi Nuhçıxan yayıb.

Məlumata görə, toplantıda Muxtar Respublika hakimiyyətinin koronavirusa qarşı həyata keçirməyi nəzərdə tutduğu önləyici tədbirlər üçün xaricdən aldığı avadanlıqlar nümayiş olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da iştirak edib.
Qeyd edək ki, tədbir barədə məlumatlar “Nuhçıxan”-ın xəbərində geniş şəkildə yer alıb. Təfsilatla maraqlananlar bu linkə daxil olub, istədikləri məlumatı ala bilərlər. Bizə maraqlı gələn isə iki məqam var; ikisi də Naxçıvan MR Səhiyyə naziri Niyazi Novruzovla bağlıdır.

Əvvəla, bir müddət əvvəl həmin Niyazi Novruzov bəyanat verib bildirmişdi ki, Naxçıvan dünyada yeganə yerdir ki, bu diyara koronavirus adlı canavar yaxınlaşmayıb və yaxınlaşa da bilməz. Onda nə əcəb ilin-günün bu vaxtında Naxçıvan hakimiyyəti ətək-ətək pul töküb xaricdən koronavirusa qarşı avadanlıqlar alıb? Üstəlik, dünyada koronavirusun səngidiyi bir zamanda.

Biz hələ onu demirik ki, ABŞ-dan tutmuş Almaniyaya qədər bütün ölkələrin prezidentləri daş atıb başlarını tuturlar ki, bu andıra qalmış virusun peyvəndini tapa bilməyiblər və yəqin ki, tapa da bilməyəcəklər. Elədirsə, Naxçıvana gətirilən avadanlıqlar nədir?

Yeri gəlmişkən, onu da qeyd edək ki, dünyada indiyədək 80 peyvənd və müalicə üsulları üzərində aparılan tədqiqatlar da başa çatmayıb. Mütəxəssislərin dediyinə görə, bu sahədə qarşılaşdıqları əsas problem həmin peyvəndlərin test edilməsi üçün tələb olunan könüllü donor tapa bilməmələridir. Fransa tibb mütəxəssisləri bir müddət əvvəl açıqlama vermişdilər ki, tədqiqatları nəticəsində əldə etdikləri peyvəndləri sınaqdan çıxarmağa yer axtarırlar. Onlardan biri hətta maraqlı təkliflə çıxış etmişdi və bu təklif Ümumdünya Səhiyyə Təşkilatının zənci prezidenti tərəfindən güllə-baranla qarşılanmışdı. Nədən ki, fransız tibb mütəxəssisi peyvəndləri Afrika cəngəlliklərində yaşayan zəncilərin üzərində sınaqdan keçirilməsi fikrini irəli sürmüşdü. Bu da cənab Tedros Adhanom Ghebreyesusun acığına gəlmişdi ki, bəs biz zəncilər sizin üçün laboratoriya sıçovuluyuq niyə, bizim üstümüzdə sınaq keçirəsiniz?
İndi sual olunur: Naxçıvana koronavirusu önləyici preparatlar hardan gətirilib? Başqa planetdən gətirilibsə, sözümüz yoxdur. Yox əgər bizim dünyanın məhsullarıdırsa, istehsal olunduğu yeri açıqlasınlar. Birdən nəbadə, nəbadə, fransız markası olsa, belə çıxar ki, Parisdə bizi seçiblər.
Bizdə sual yaradan ikinci məqam isə tibbi avadanlıqların nümayiş olunduğu tədbirdə Naxçıvan Səhiyyə naziri bizim hörmətli Niyazi Novruzovun iştirak etməməsidir. Halbuki, hər kəsdən qabaq həmin tədbirdə elə onun özü yer almalıydı. Olmaya Niyazi Novruzovu məsuliyyətsiz çıxışına görə işdən çıxarıblar? Elədirsə, niyə bundan heç kimin xəbəri yoxdur? İkinci ehtimal da var. Bəlkə Niyazi müəllim də digər ölkələrin Səhiyyə nazirləri kimi “əsrin vəbasına” yoluxduğundan tədbirdə iştirak etməyib.
Naxçıvan korovirus avandanlıqlarını hardan alıb? - Fransızlar bizi Afrika ilə qarışdırmayıblar ki?

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.