XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Uşaqpulu bərpa edilsin - Deputat

Uşaqpulu bərpa edilsin - Deputat

Uşaqpulu bərpa edilsin - Deputat
24-04-2020, 14:38

Milli Məclisdə uşaqpulunun bərpası yenidən gündəmə gətirilib.
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxışında təklif edib ki, uşaqpulu bərpa edilsin.
“Əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq”- deyə, əlavə edib.
Ə.Məsimli həmçinin adına kiçik torpaq sahəsi olan şəxslərə 190 manatlıq birdəfəlik verilməsini də istəyib.
Deputat bundan əlavə, Azərbaycanda əlillərə verilən müavinətlərin artırılmasını vacib sayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.