Milli Məclis payızda uşaqpulu məsələsini müzakirə edəcək
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi payız sessiyasında bir neçə sosial xarakterli məsələ üzrə dinləmələr keçirməyi planlaşdırır.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun sözlərinə görə, Milli Məclisə seçkilər zamanı görüşlərdə əhalinin qaldırdığı məsələlər arasında uşaqpulu məsələsi xüsusi yer tutub:
"Ona görə də Milli Məclisin istər yaz sessiyasında, istərsə də ondan sonra keçirilən növbədənkənar sessiyalarında uşaqpulu məsələsi deputatlar tərəfindən ən çox qaldırılan məsələlərdən birinə çevirildi. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi payız sessiyasında bir neçə sosial xarakterli məsələ üzrə dinləmələr keçirməyi planlaşdırır. Həmin dinləmələrdən biri də uşqapulu məsələsinə həsr olunacaq”.
Əli Məsimli bildirib ki, müzakirədə qeyri-hökumət təşkilatları və gigər ekspertlər də iştirak edəcək:
"Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev tərəfindən həm parlamentdə, həm də mətbuatda səsləndirilən fikirlərə istinad edərək demək olar ki, payızda qeyri-hökumət təşkilatlarını və gigər ekspertləri də dəvət etməklə, dinləmə şəklində, ya da İşçi Qrup yaradıb araşdırma aparmaqla həmin sosial xarakterli məsələlərə, o cümlədən uşaqpulu məsələsinə də baxılacaq”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır