Milli Məclisdə uşaqpulu müzakirələri - Bu yaşa qədər...
Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı müzakirələr reallaşa bilər.
Bu məlumatı "Sputnik Azərbaycan”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib. O, bildirib ki, hazırda bu məsələ Milli Məclisdə müzakirə mərhələsindədir:
"Belə bir fikir var ki, ünvanlı dövlət sosial yardımı və digər yardımlar verilir. Ona görə də, uşaqpulu verilməsə də olar.
Amma elə müavinətlər var ki, onları verməmək də olar. Uşaqpulu isə mütləq verilməlidir. Çünki ünvanlı dövlət sosial yardımı bütün ehtiyacı olan ailələri əhatə etmir.
Bununla bağlı müəyyən çatışmazlıqlar var. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı insanlardan çoxlu şikayətlər daxil olur".
Deputat deyib ki, artıq uşaqpulunun verilməsi ilə bağlı Milli Məclisdə komissiya yaradılıb:
"Biz həmişə bu məsələni gündəmdə saxlamışıq. Çalışacağıq ki, uşaqpulu ilə bağlı müzakirələr müsbət həllini tapsın.
Amma bu təkcə bizimlə bağlı olan məsələ də deyil. Uşaqpulu məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də hesablamalar aparır.
Onlar aztəminatlı ailələrdə uşaqlara verilən yardımları əsas gətirirlər. Ünvanlı yardımın verilməsi yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, ünvanlı yardım birinə düşür, birinə düşmür.
Biz rayonlarda qəbulda olanda da bunu görürük ki, ünvanlı yardımı ala bilməyən, amma ehtiyacı olan nə qədər ailələr var".
V.Əhmədov uşaqpulunun verilməsində yaş məsələsinin müzakirə olunduğunu bildirib. O, deyib ki, bəzi təkliflərdə uşaq pulunun əvvəlcə 7-8 yaşadək, sonra 17-18 yaşınadək verilməsi müzakirə olunur:
"Bu, dövlətin büdcəsindən, imkanından asılı olan məsələdir", - deyə deputat əlavə edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır