XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Tikinti şirkətindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə dəstək

Tikinti şirkətindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə dəstək

Tikinti şirkətindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə dəstək
17-04-2020, 16:03

Həssas əhali qruplarına sosial dəstək göstərilməsi istiqamətində geniş vüsət alan nəcib aksiyalara “ŞA-İnşaatçı” MTK şirkəti də qoşuldu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində mənzillə təmin olunmuş şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə şirkət tərəfindən ərzaq yardımları verilib.
Ümumilikdə 250 ailəyə şirkət tərəfindən ərzaq payları təqdim edilib.
Şirkətin sosial məsuliyyət prinsipindən çıxış edərək həssas qruplara dəstək olması milli birliyin daha bir təcəssümü və xüsusi karantin rejimi dövründə “Evdə qal!” çağırışına dəstəkdir.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
Tikinti şirkətindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə dəstək

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.