XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 33 şəhid ailəsi və müharibə əlilinə ev verildi

33 şəhid ailəsi və müharibə əlilinə ev verildi

33 şəhid ailəsi və müharibə əlilinə ev verildi
20-07-2020, 23:16

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramının davamı kimi, iyulun 20-də Salyan rayonundan 33 şəhid ailəsi və müharibə əlilinin mənzillə təminatı həyata keçirilib. Onlara Şirvan şəhərindəki 68 mənzilli yeni yaşayış binasından mənzillər verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yeni mənzillərlə təmin olunan vətəndaşlar ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, həmin döyüşlərdə əlil olmuş şəxslərin rifahının yaxşılaşdırılması üçün aparılan işlərdən razı qaldıqlarını bildiriblər. Onlar daim dövlətin qayğısı ilə əhatə olunduqlarına və müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişlənir. Buna misal olaraq, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, bu il həmin kateqoriyalardan olan vətəndaşlara 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Cari ilin ötən dövründə onlardan 368 mənzil verilib.

Ümumilikdə indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 7970-dək mənzil və fərdi ev təqdim edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.