"Bravo” ailə başçısını itirmiş 15 min ailəyə ərzaq yardımı edib
LPandemiya ilə əlaqədar həssas əhali qruplarına dəstək aksiyalarında fəal iştirak edən “Bravo” supermarketlər şəbəkəsi sosial məsuliyyət strategiyası çərçivəsində son günlərdə 15 min ailəyə də ərzaq yardımı edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlar əsasında Bakı və ölkənin bölgələrində ailə başçısını itirmiş 15 min ailənin hər birinə şirkət tərəfindən ərzaq payı təqdim olunub.
Bundan əvvəl isə “Bravo” evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşlılardan və tənha əlilliyi olan şəxslərdən ibarət 10 minədək şəxsi ərzaq yardımı ilə təmin etmişdi.
Beləliklə, pandemiya dövründə şirkət ümumilikdə 25 min tənha yaşlı və əlilliyi olan tənha şəxsə, ailə başçısını itirmiş ailəyə ərzaq dəstəyi göstərib.
Ərzaq payları Nazirliyin sosial xidmətçilərinin və könüllülərin dəstəyi ilə həmin vətəndaşlara evlərinə aparılaraq çatdırılıb.
“Bravo” supermarketlər şəbəkəsi tərəfindən həyata keçirilən bu sosial aksiyalar həssas əhali qruplarının rifahına bir dəstək olmaqla, ölkəmizdə pandemiya ilə mübarizədə milli həmrəyliyə mühüm bir töhfədir.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...