XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Mədəniyyət Nazirliyinin bu qurumunda paltarsaxlayana 1517 manat maaş verildi

Mədəniyyət Nazirliyinin bu qurumunda paltarsaxlayana 1517 manat maaş verildi

Mədəniyyət Nazirliyinin bu qurumunda paltarsaxlayana 1517 manat maaş verildi
3-04-2020, 15:24

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsində 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2019-cu il tarixədək olan dövr üçün auditor yoxlamasının hesabatı açıqlanıb.

Hesablama Palatası tərəfindən aparılan yoxlamalar 15 aprel 2019-cu il tarixdən 30 may 2019-cu il tarixinədək dövrü əhatə edib. İdarədə bir sıra yeyinti hallar aşkarlanıb. Ən maraqlısı isə paltarsaxlayan ştatı üzrə əmək haqqı mövsümi xarakterli ödənilməli olduğu halda, 2 halda əmək haqqı il ərzində tam ödənilmiş, o cümlədən 2017-ci ildə 1 halda 689,7 manat, 2018-ci ildə isə 1 halda 827,8 manat, cəmi 1517,5 manat artıq əmək haqqı ödənilmişdir.

Həmçinin Nazirlər Kabinetinin 22.08.2002-ci il tarixli 137 nömrəli "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Qərarının tələblərinə əməl edilməyərək, 1 nəfər işçiyə 1088,0 manat əmək haqqı ödənilmişdir.

İdarənin 3 əməkdaşı sanatoriya kurort müalicəsində olduqları dövrdə 319,6 manat artıq əmək haqqı ödənilmişdir. İdarənin mühasibatlığı tərəfindən 2017-ci ilin 29 dekabr tarixində Qusar şəhər UMM üzrə 22 nəfərə həmin ay üzrə təkrar 4379,1 manat artıq əmək haqqı ödənilmişdir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.