Azərbaycanda bu işçilərin maaşları artdı (RƏSMİ)
Tikinti sahəsində çalışan muzdlu işçilərin sayı və orta aylıq əmək haqqı barədə məlumatlar açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-iyun aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 97,8 min nəfər təşkil edib, onların 48,6 min nəfəri binaların tikintisində, 24,6 min nəfəri mülki təyinatlı inşaat işlərində, 24,5 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 28,2 faizi dövlət, 71,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olub.
Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artaraq 807,8 manata çatıb.
Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,6 manat, dövlət sektorunda isə 521,3 manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə binaların tikintisində işləyənlərin orta aylıq nominal əmək haqqı 7,5 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 8,8 faiz artıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...