SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ağalar Vəliyev işçilərin haqqını yeyir... - NARAZILIQ...

Ağalar Vəliyev işçilərin haqqını yeyir... - NARAZILIQ...

Tarix:

5-02-2020, 10:15

/ 1 044 dəfə oxundu.
Ağalar Vəliyev işçilərin haqqını yeyir... - NARAZILIQ...

"Oliqarx-deputat Ağalar Vəliyev ona məxsus olan «Azəraqrartikinti» şirkətində insanlarl istismar edir. Öz əlaltısı olan Maqsud Gülməmmədovun rəhbərlik etdiyi «Azəraqrartikinti» ASC Gəncə filialında işləyən fəhlələr 10-12 saat işlədilərək əsl istismar olunurlar". Bu barədə DİA.AZ-a fəhlələr adından göndərilən müraciətdə deyilir.

Daxil olan müraciətdə daha sonra qeyd olunur: "«Ölkədə iş yoxdur, minnətiniz olsun», «hamı acından ölür», «naz eləməyin» tipli həqarətli sözlərlə işçiləri təhqir edərək hədələyən Ağalar Vəliyev iclaslarda daim işçiləri daha çox saat işlətmək üçün tapşırıqlar verir. Gəncə su və kanalizasiya layihəsinin podratçısı olan «Azəraqrartikinti» ASC-nin işçiləri gündə 10-12 saat işləyirlər, istismar edilirlər, maaş verilmir, iki aydır maaş üzü görmür işçilər. Gəncə şəhər Əmək müfəttişliyi isə rüşvət müqabilində bu işlərə göz yumur, görməzdən gəlir. Fəhlələrin pozulan əmək hüquqları heç kimi maraqlandırmır. Şikayət edən adam işdən çıxarılır. Ağalar Vəliyev ölkə prezidentinin «insanları istismar edirlər» sözlərinin həqiqət olduğunu sübut edir. Ağalar Vəliyev işçiləri istismar edir".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ