XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışına qadağa qoyulur - SƏBƏB

Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışına qadağa qoyulur - SƏBƏB

Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışına qadağa qoyulur - SƏBƏB
14-10-2022, 19:11

 
"Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışı məhdudlaşdırılır.

Xalqxeber.az-ın Qaynarinfo-ya istinadla məlumatına görə, "Azəraqrartikinti" ASC-də müxtəlif vəzifələrdə çalışan, iş adamı kimi tanınan Maqsud Əvəz oğlu Gülməmmədovun ölkədən çıxışı məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilib.

Müraciətin səbəbi isə Maqsud Gülməmmədovun 2 saylı Ərazi Vergilər Baş İdarəsinə külli miqdarda vergi borcunun olmasıdır.

Məhkəmə işinə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyev sədrliyi ilə baxılacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.