Deputatın şirkətində özbaşınalıq... - Müraciət
Deputat Ağalar Vəliyevə məxsus "Azəraqrartikinti" ASC-nin Gəncə şəhərinin Su və Kanalizasiya sisteminin yenidən qurulması layihəsində çalışan işçilərinin şikayətini diqqətinizə təqdim edirik. Qeyd edək ki, müraciət DİA.AZ-ın elektron ünvanına göndərilib.
"Biz, "Azəraqrartikinti" ASC-nin Gəncə filialının işçiləri Gəncə şəhərinin Su və Kanalizasiya sisteminin yenidən qurulması layihəsində çalışırıq. Aramızda fəhlədən tutmuş mühəndisə qədər 300-ə yaxın işçi var. Şikayətimiz şirkətdə baş verən özbaşınalıq, əmək hüquqlarımızın pozulması, keyfiyyətsiz yemək və MTN-in keçmiş naziri Eldar Mahmudovun dəstəsindən olan yararsız kadrların şirkətdə rəhbər vəzifəyə gətirilməsidir. Şirkətin təhlükəsizlik xidmətinin rəisi olan İlqar adlı keçmiş MTN əməkdaşı şirkət daxilində əsl gestapo rejimi yaradıb. Fəhlələr iş sahələrində qanunsuz olaraq 13 saat işlədilirlər, bazar və bayram günləri də işə çıxmağımız tələb olunur. İlqar adlı bu adamın işdən narazı olanlara bir sözü var, "xoşu gəlməyən gedə bilər". İki aydan bir cüzi əməkhaqqı alan adamların 13 saat istismar edilməsinə aidiyyatı qurumlar göz yumurlar. Şirkətin əmlakının talanması və maddi ziyan vurulmasında eyni adamın dəst-xətti gözə çarpır. İclaslarda fəhlə və mühəndis heyətini işdən qovmaqla hədələmək kampaniyasının başında İlqar kimi MTN-dən qovulan kadrlar durur. Daxili araşdırma nəticəsində tikilən obyektlərdə baş vermiş talan və mənimsəmə hallarını gizlətmək üçün fəhlə və mühəndis heyətinə təzyiqlər olur.
Keyfiyyətsiz, ölü və qoca heyvan ətindən hazırlanan yeməklərə nəzarət yoxdur, çıxılmaz vəziyyətdə olan insanların şikayətinə dövlət qurumları göz yumurlar. Şirkət rəhbərliyi bütün bunları görməzdən gəlir. Şirkətin yeməkxanasında havaya sovrulan və mənimsənilən vəsaitlərin əvəzində bizlərə leş ətindən keyfiyyətsiz yeməklər verən Nəbi adlı fırıldaqçı da İlqar kimilərinin havadarlığı altındadır.
Ağalar Vəliyev niyə öz şirkətində MTN-in keşmiş kadrlarına sığınacaq verib? Ağalar Vəliyevin Eldar Mahmudovun kadrlarından hansı gizlinləri var?
Canımız bu tip vurulmuş və qovulmuş kadrların zülmündən nə vaxt qurtaracaq?
Əmək hüquqlarımızın tapdalanmasında və bizim əzilməyimizdən cana doymuşuq. Ölkə rəhbərliyindən bizim dərdimizə əlac etməyi xahiş edirik".
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...