SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan polis xidmətlərinin etibarlılığına görə 141 ölkə arasında 30-cü yerdədir

Azərbaycan polis xidmətlərinin etibarlılığına görə 141 ölkə arasında 30-cü yerdədir

Tarix:

24-01-2020, 13:37

/ 781 dəfə oxundu.
Azərbaycan polis xidmətlərinin etibarlılığına görə 141 ölkə arasında 30-cü yerdədir

Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına əsasən, 141 ölkə arasında Azərbaycan son 3 ildə “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə 45 pillə irəliləyərək 30-cu yeri tutub...
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.

Hesabata əsasən, Azərbaycan “Təhlükəsizlik” indikatoru üzrə 18 pillə irəliləyərək 22-ci, eləcə də “Mütəşəkkil cinayətkarlıqla mübarizənin səviyyəsi” indikatoru üzrə 25 pillə irəliləyərək 18-ci mövqedə qərarlaşıb.

Şərhlər

XƏBƏR LENTİ