Millimizdən bərbad göstərici - 23 pillə gerilədi
FIFA milli komandaların növbəti yeni reytinq cədvəlini açıqlayıb. DÇ-2018-in seçmə mərhələsində baş tutan son oyunlar siyahıda ciddi dəyişikliklərə səbəb olub.
Yığma ilk "100-lüy"ü tərk edib. Çexiyaya (1:2), daha sonra Almaniyaya (1:5) uduzan millimiz ötən siyahı ilə müqayisədə 23 pillə geriləyib. Sentyabrda açıqlanan reytinqdə 388 xalla 92-ci olan komandamız hazırda 273 xalla 115-ci sırada qərarlaşıb.
Ümumiyyətlə, Azərbaycan son bir ayda ən çox geriləyən 3-cü ölkədi. Yalnız Ekvador və Litva bizdən daha artıq - 25 pillə geri addım atıb.
Millimizin DÇ-2018-in artıq başa çatan seçmə mərhələsindəki rəqiblərindən olan Almaniya yenə də dünyanlın ən güclüsüdü. Qrup ikincisi olan Şimali İrlandiya 3 pillə geriləyərək, 23-cü sıraya düşüb. Çexiya 12, Norveç 15 pillə irəliləyib və bu millilər müvafiq olaraq, 46 və 58-cidi. San-Marino isə əvvəlkitək 204-cü sırada qərarlaşıb.
Ən güclülərin yer aldığı ilk “10-luq”da da bir sıra dəyişikliklər qeydə alınıb. Almaniya zirvədəki mövqeyini qoruyub. Braziliya, Portuqaliya, Argentina, Belçika və Polşanın da mövqeyi dəyişilməz qalıb və onlar sonrakı 5 mövqedə qərar tutublar. Fransa bir pillə irəliləyərək, 7-ci yerə yüksəlib. İspaniya 3 pillə irəliləyişə nail olaraq 8-ci sıraya qayıdıb, Çili 9-cu yerdəki mövqeyini qoruyub, Peru ilk “10-luğ”a daxil olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır