Azərbaycan internetin sürətinə görə hər il geriləyir – Ermənistan 31 pillə öndədir
Azərbaycan, hər il sürəti artan qlobal internet sürəti ilə ayaqlaşa bilmir.
Böyük Britaniyanın “Cable” şirkəti ölkələrin ortalama internet sürətini araşdırıb.
“Marja” şirkətin hesabatına istinadən xəbər verir ki, Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir.
Hesabata görə, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir. Azərbaycandakı orta internet ilə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur.
Hesabata görə, Azərbaycan siyahəda 6 pillə geriləyib. Ölkəmiz 2018-ci ildə 135-ci yerdə idi.
Bu il bütün ölkələrin ortalama internet sürəti 11 Mbps təşkil edib. Azərbaycanda internetin sürəti (3.1 Mbps) dünya üzrə orta internet sürətindən də aşağıdır.
Dünyada orta hesabla ən sürətli internetin olduğu ölkə 85 Mbps sürətlə Tayvandır. Tayvandakı orta internet sürətilə 5 GB-lıq bir filmi endirmək üçün 8 dəqiqə tələb olunur.
“Cable” şirkətinin hesabatı: “Worldwide broadband speed league 2019″
XalqXeber.Az



Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub