XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Azərenerji" ASC-nin prezidenti II qrup əlilə “buynuz göstərib”

"Azərenerji" ASC-nin prezidenti II qrup əlilə “buynuz göstərib”

"Azərenerji" ASC-nin prezidenti II qrup əlilə “buynuz göstərib”
24-01-2020, 10:34

Bu günlərdə GundemXeber.az saytının redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən-3, korpus-108, ev-50 ünvanında qeydiyyatda olan və həqiqi hərbi xidməti dövründə aldığı xəsarətlər səbəbindən 2-ci qrup əlil olan Həsənov Vasif Vaqif oğlu tərəfindən şikayət ərizəsi daxil olub.

Adı çəkilən şəxs təqdim etdiyi ərizəsində yazır: “Həqiqi hərbi xidmətdə olarkən səhhətimdə xoşagəlməz problemlər əmələ gəldi və bu gün həmin problemləri müalicə etdirib sağaltmaq heç cür mümkün deyil. Ona görə də, hansısa fiziki işlə məşğul ola bilmirəm ki, ailəmizin dolanışığını bir qədər yaxşılaşdıra bilim. Səhhətimdə əmələ gələn problemlərə görə, bu gün dövlətdən aldığım sosial müavinətlə ailəmi
birtəhər dolandırıram və müalicə xərclərimi isə, elə hallar olur ki, maddi imkansızlıq ucbatından yarımçıq saxlamağa məcbur oluram.


Ona görə də müəyyən ehtiyaclarımın ödənilməsi məqsədilə, bəzən imkanlı şəxslərə və ayrı-ayrı vəzifə sahiblərinə müraciət etməli oluram.
Qeyd edim ki, ötən ay səhhətimdə əmələ gələn problemlər məni çox narahat edirdi, ona görə də məcbur olub həkimə müraciət etməli oldum. O halda həkim məsləhət gördü ki, sən on gün müalicə olunmalısan. Ambulator müalicəyə ehtiyacım yaransa da, həkimin təyin etdiyi dərmanları hansısa aptekdən almaq imkanım olmadı. Belə bir səbəb üzündən də, 13 dekabr 2019-cu il tarixdə məcbur olub “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə, mənə müəyyən məbləğdə köməklik göstərilməsi məqsədilə telefon zəngi etdim və fikirimi açıq şəkildə ona çatdırdım. O halda Balababa Rzayev “Ə, nədir hər dəqiqə zəng edirsən, imkan vermirsən işləməyə”. Elə ki, ona fikirimi tam aydınlığı ilə çatdırdım və köməyə ehtiyacım olduğunu bildirdim, o halda o, “Bir də mənə zəng etmə, xərclədiyin həmin konturlara özünü müalicə etdirə bilərdin” deyə cavab verdi. Sanki belə bir cavabı eşidib şoka düşdüm və sağlamlığımı Vətən yolunda xidmətdə olarkən itirdiyimə görə, öz-özümə çoxlu suallar verib heç cür cavab tapa bilmədim. Bir neçə gündən sonra tanıdığım media nümayəndəlirindən birinə “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevin mənə verdiyi cavabları danışdım, həmin vaxt o, adı çəkilən qurumda səlahiyyət sahibi olan Əli müəllim adlı şəxsə zəng etmək qərarına gəldi. Düzdür, ASC-nin prezidentinin mənə verdiyi cavabdan bir aydan çox vaxt keçmişdi. Buna baxmayaraq, tanıdığım media nümayəndəsi 17 yanvar 2020-ci il tarixdə saat 14:26-da Əli müəllimə zəng etdi və yaşanmış olayla bağlı fikirini ona çatdırmaq istədikdə, o, “Bilirsiz, Vasif “maşennik”dir” deməyi də unutmadı.
Bəli, Vasif Həsənovun redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd etdiklərini təhlil etməklə belə bir qənaətə gəlmək olur ki, “Azərenerji” ASC-nin rəhbərliyində vəzifə sahibi olan bəzi şəxsləri Vətənə, torpağa bağlılıq hissi düşündürmür. Əgər düşündürsəydi, o halda sağlamlığını Vətənə xidmət edərkən itirən və belə bir səbəb üzündən də, ıı qrup əlil olan bu şəxsi, “Azərenerji” ASC-nin prezidenti ən azından dinləməyi bacarardı. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibinə xalqın problemləri ilə yaxından maraqlanmağı, lazım gəldikdə kömək əli uzatmağı, bir sözlə sadə vətəndaşların yanında olmağı tapşırsa da, nədənsə Balababa Rzayevin əməllərində bunları görmək mümkün olmur. Deməli, ...
Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
"Azərenerji" ASC-nin prezidenti II qrup əlilə “buynuz göstərib”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.