Hərbçi alilələrinə müavinətlərlə bağlı yeni qaydalar təsdiq edildi
Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi üçüncü oxunuşda müzakirə edilib.
Qanuna dəyişiklikdə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət verilməsi təklif edilir.
Bununla bağlı qanuna aşağıdakı dəyişikliklər təklif edilir:
"4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;";
"7.0.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda;";
"9.1.7. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə;".
Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq. Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Layihə üçüncü oxunuşda təsdiq olunarsa, 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...