XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Yasamaldan daha bir ŞİKAYƏT

Yasamaldan daha bir ŞİKAYƏT

Yasamaldan daha bir ŞİKAYƏT
7-01-2020, 13:46

Yasamal rayonu Zahid Xəlilov küçəsində obyekt tikintisinin başlanılması 54 nömrəli binada yaşayan sakinləri ayağa qaldırıb.
Sakinlərin sözlərinə görə, beşmərtəbəli binaya demək olar ki, bitişik tikilən obyekt onların həm gediş-gəlişinə maneə yaradacaq, həm də evlərinə günəş işığının düşməsinə əngəl olacaq. Bununla da binada nəmlənmə baş verəcək.
Ərazidə obyekt tikən iş adamı Hünər Muradovun köməkçisi, icraçı Cavid Seyidli isə tikinti üçün rəsmi şəkildə icazə alındığını deyərək sakinlərin şikayətini əsassız hesab etdi:
“Biz orda icazəsiz heç bir iş aparmırıq. Bütün sənədlərimiz qaydasındadır. Sakinlərin dediyi kimi dörtmərtəbəli obyekt yox, ikimərtəbəli iaşə obyekti tikəcəyik”.
Yasamal Rayon İcra Hakiminin birinci müavini Elçin Rzayev isə bizə mühafizə vastəsi ilə cavab göndərərək bildirdi ki, bu işlə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məşğul olur.
Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən verilən cavab isə belə oldu:
“Zahid Xəlilov, 54 ünvanında iş aparan Hünər Muradov adlı şəxsin Bakı Şəhər İcra Hakimiyyəti ilə həmin ərazi ilə bağlı icarə müqaviləsi sənədi var. Sakinlərin şikayəti ilə bağlı məsələ yenidən araşdırılacaq”.

Qeyd: Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin noyabrın 12-də imzaladığı sərəncamla Milli Məclisin deputatı Elşad Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.