XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Asif Əsgərov özünə obyekt tikdirir?- SAKİNLƏRİN İCRA BAŞÇISINDAN ŞİKAYƏTİ - FOTOLAR

Asif Əsgərov özünə obyekt tikdirir?- SAKİNLƏRİN İCRA BAŞÇISINDAN ŞİKAYƏTİ - FOTOLAR

Asif Əsgərov özünə obyekt tikdirir?- SAKİNLƏRİN İCRA BAŞÇISINDAN ŞİKAYƏTİ - FOTOLAR
4-04-2017, 12:23

Bakının Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsində – “Əcəmi” metrostansiyasının çıxışından 5 metr irəlidə sakinlərin illərlə əkib, becərdiyi ağaclar kəsilib, yerində qazıntı aparan ekskavator isə su borularını dağıdıb.
Bu haqda Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsinin sahibləri məlumat verib.
Sakinlərin sözlərinə görə, onların etirazlarına baxmayaraq, binanın qarşısındakı yaşıllıq ərazi hasarlanıb. Hələ bu az imiş kimi metroya gedən yol da çəpərlənərək sökilüb.
“Qazıntı işləri aparanların sözlərinə görə, burada bina tikiləcək. 2-ci mikrorayonda sakinlərin dincəlməsi, hava alması üçün bir qarış yer qalmayıb. Hamısını satıblar. Əvvəllər birnci mərtəbələrdə yaşayanları bezdirilib çıxardırdılar, sonra isə yerində gəncləri və yeniyetmələri yolundan azdıran əyləncə mərkəzəri istifadəyə verirdilər.
Beşmərtəbəli binaların 1-ci mərtəbəsi sanki “hamilə”dir. Binaların xarici görünüşünü eybəcərləşdirməklə yanaşı, sakinlərin rahatlıqlarını da əlindən alıblar. Etiraz edəndə isə deyirlər ki, burada Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov özünə obyekt tikdirir. Dərdimizi kimə deyək, bilmirik”- deyə, bildiriblər.
Məsələyə münasibət bildirməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinin başçısı A. Əsgərova zəng etdik.
Köməkçisi bildirib ki, hazırda başçı yerində deyil.
Mövzuya qayıdacağıq…
Gununsesi.info
Asif Əsgərov özünə obyekt tikdirir?- SAKİNLƏRİN İCRA BAŞÇISINDAN ŞİKAYƏTİ - FOTOLAR
Asif Əsgərov özünə obyekt tikdirir?- SAKİNLƏRİN İCRA BAŞÇISINDAN ŞİKAYƏTİ - FOTOLAR
Asif Əsgərov özünə obyekt tikdirir?- SAKİNLƏRİN İCRA BAŞÇISINDAN ŞİKAYƏTİ - FOTOLAR
Asif Əsgərov özünə obyekt tikdirir?- SAKİNLƏRİN İCRA BAŞÇISINDAN ŞİKAYƏTİ - FOTOLAR
Asif Əsgərov özünə obyekt tikdirir?- SAKİNLƏRİN İCRA BAŞÇISINDAN ŞİKAYƏTİ - FOTOLAR
Asif Əsgərov özünə obyekt tikdirir?- SAKİNLƏRİN İCRA BAŞÇISINDAN ŞİKAYƏTİ - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.