SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sakinlər şikayət edir, icra hakimiyyəti haqsız sayır

Sakinlər şikayət edir, icra hakimiyyəti haqsız sayır

Tarix:

7-06-2019, 14:25

/ 1 153 dəfə oxundu.
Sakinlər şikayət edir, icra hakimiyyəti haqsız sayır

Goranboy rayon mərkəzində yaşayan bir qrup sakin istifadə etdikləri yolun bağlanmasından şikayət edirlər.
Onların sözlərinə görə, Goranboy rayonunun mərkəzində yerləşən "Univermaq" adlı mağazanın arxasındakı küçədə yaşayan sakinlər sakit həyatlarına maneə olacaq özbaşınalıqla qarşılaşıblar.

"Rayonun mərkəzində yerləşən köhnə statistika binasını obyekt kimi özəlləşdirən Nəbi adlı şəxs öz öbyektinin giriş qapısını bağlayaraq, onu yeni bir obyektə çevirir, əvəzində sakinlərin yaşadığı dar küçədən obyektinə "Kamaz"larla daş daşıtmaq üçün istifadə etmək istəyir. Bu icazəni obyekt sahibinə vermək bu küçədə yaşayan adamları, qocanı, uşağı saymamaq deməkdir", deyə sakinlər müraciətlərində bildirirlər.

Burada yaşayan sakinlər deyirlər ki, yaşadıqları küçə onsuz da müxtəlif obyektlərin arxasında yerləşən dar bir küçədir və küçədə hətta iki maşını yanaşı saxlayanda artıq yol bağlanır.

Müəlliflərə görə, burada sakinlərin rahatlığı pozulmaqla yanaşı, evlərinə gələn qonaqları da avtomobillərini burada saxlaya bilməyəcəklər.

"Bu biabırçılığa görə icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə rəsmi şikayət məktubu ilə müraciət etsək də, heç kim maraqlanmadı. Bu özbaşınalığı ictimailəşdirərək, bizə kömək edin", deyə müəlliflər bildirirlər.

Goranboy icra hakimiyyətindən isə rayon sakinlərinin müraciətində yer alan narazılıqlarla bağlı əks edilən halları təkzib ediblər və deyilənləri əsassız adlandırıblar.

"Yol da, univermaq da, yoldan istifadə də qaydasındadır, hər hansı problem də yoxdur", icra hakimiyyətindən vəziyyəti belə dəyərləndiriblər.

Müraciəti Goranboy rayonu, H.Əliyev prospekti, Univermağın arxasındakı küçənin ev sahibləri: Səyyarə Dadaşova, Təranə Hüseynova, Sahibə Səmədova, Şəfəq Xəlilova, Qiyafət Allahverdiyeva imzalayıblar.

Turan

Şərhlər

XƏBƏR LENTİ