SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İcra Hakimiyyətlərinin tikintilərlə bağlı səlahiyyətləri ləğv edildi - Özbaşınalıq ortadan qalxacaq?

İcra Hakimiyyətlərinin tikintilərlə bağlı səlahiyyətləri ləğv edildi - Özbaşınalıq ortadan qalxacaq?

Tarix:

23-12-2019, 11:49

/ 796 dəfə oxundu.
İcra Hakimiyyətlərinin tikintilərlə bağlı səlahiyyətləri ləğv edildi - Özbaşınalıq ortadan qalxacaq?

Əmlak sektorunda hansı dəyişiklik gözlənilir?...
Əmlak üzrə ekspert: “Bu proseslərdən sonra ən azından növbəti mərhələlərdə icra başçılarının əvvəlki kimi qeyri-qanuni, şəhərsalma qaydalarına zidd, harada və necə gəldi prinsipləri əsasında fəaliyyətlərini izləməyəcəyik ”

“Ötən ildən başlayaraq Arxitektura və Şəhərsalma Komitəsinə əlavə səlahiyyətlərin verilməsi, eyni zamanda rayon və şəhər icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması və s. bu istiqamətdə atılan addımlardan idi”.

Bu sözləri Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı Bakı şəhərinin rayon icra hakimiyyətlərinin yaşayış binalarını, habelə sosial və digər məqsədli qeyri-yaşayış obyektlərini sökmək və yenidən qurmaq səlahiyyətlərinin ləğv edilməsini PİA.az-a şərh edərkən qeyd edib.
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərinin rayon icra hakimiyyətlərinin yaşayış binalarını, habelə sosial və digər məqsədli qeyri-yaşayış obyektlərini sökmək və yenidən qurmaq səlahiyyətləri ləğv edilib.

Qərara əsasən, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərini­n tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirməlidirlər.

Bu qərar sonra qoçu dəstələri saxlayaraq rüşvət müqabilində tikintiyə izn verən icra hakimiyyətlərinin özbaşınalıqları ortadan qaldıracaq və bu qərar həmçinin Bakı və ətrafında qanunsuz tikililərin aparılması tempinə necə təsir edəcək?

Mövzunu PİA.az-ın əməkdaşı Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı ilə müzakirə edib.
Ramil Osmanlı: “Proses tədricən icra hakimiyyətlərinin qeyri-qanuni fikirlərin meydana çıxmasında və surətlə artmasındakı fəaliyyətini, rolunu məhdudlaşdırmaq məqsədi daşıyır”.

Bu prosesin Bakı və ətrafında qanunsuz tikililərin aparılması tempinə birbaşa təsir göstərəcəyini vurğulayan əmlak üzrə ekspert bildirib ki, ən azından bu qanun əvvəlki illərdə olduğu kimi il ərzində təqribən Bakı və Abşeron ərazisində 30-40 min qeyri-qanuni tikililərin meydana çıxmasına əngəl olacaq:

“Düşünürəm ki, son illərdə bu istiqamətdə müəyyən addımlar atılıb. Əslində indi verilən qərar həmin addımların davamıdır. Yəni ötən ildən başlayaraq Arxitektura və Şəhərsalma Komitəsinə əlavə səlahiyyətlərin verilməsi, eyni zamanda rayon və şəhər icra hakimiyyətlərinin azaldılması və s. bu istiqamətdə atılan addımlardan idi.

Hesab edirəm ki, proses tədricən icra hakimiyyətlərinin qeyri-qanuni fikirlərin meydana çıxmasında və surətlə artmasındakı fəaliyyətini, rolunu məhdudlaşdırmaq məqsədi daşıyır. Yəqin ki, bu proseslər nəticəsində icra hakimiyyətlərinin fəaliyyətinə nəzarət gücləndiriləcək. Düşünürəm ki, bu proseslərdən sonra biz ən azından növbəti mərhələlərdə icra başçılarının əvvəlki kimi qeyri-qanuni, şəhərsalma qaydalarına zidd, harada və necə gəldi prinsipləri əsasında fəaliyyətlərini izləməyəcəyik.

Sözsüz ki, bu proses Bakı və ətrafında qanunsuz tikililərin aparılması tempinə birbaşa təsir göstərəcək. Ən azından bu qanun əvvəlki illərdə olduğu kimi il ərzində təqribən Bakı və Abşeron ərazisində 30-40 min qeyri-qanuni tikililərin meydana çıxmasına əngəl olacaq”.

Şərhlər

XƏBƏR LENTİ