SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İcra başçıları prosesdən kənarda qaldı: Söküntüsü gözlənilən tikililərin aqibəti dəyişə bilər

İcra başçıları prosesdən kənarda qaldı: Söküntüsü gözlənilən tikililərin aqibəti dəyişə bilər

Tarix:

19-12-2019, 14:40

/ 883 dəfə oxundu.
İcra başçıları prosesdən kənarda qaldı: Söküntüsü gözlənilən tikililərin aqibəti dəyişə bilər

Xəbər verdiyimiz kimi, Bakı şəhər rayonlarının İcra hakimiyyətlərinin mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binaları, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılıq, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi sahəsində səlahiyyətləri ləğv edilib.
Bəs bundan sonrakı vəziyyət necə olacaq?

Bununla bağlı “Yeni Sabah”a danışan əmlak üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, bu qərar qanunsuz tikililərin qarşısını ala bilər.

“Bu proses ötən ildən başlanıb. Artıq bu istiqamət üzrə vilayətlərin bir çoxu Arxitektura və Şəhərsalma Komitəsinə verilib. Bu komitəyə səlahiyyətlərin verilməsi hesab edirəm ki, daha məqsədəuyğundur. Komitə Azərbaycanda bilavasitə şəhərsalma ilə bağlı proqramların işlənib hazırlanması, hökumətə təqdim oluması və həyata keçirilməsi barəsində bilavasitə bu qərarları öz üzərinə götürmüşdür. İcra Hakimiyyətlərinin tikintiyə aid müəyyən icazələrinin özündə saxlaması paytaxtda və regionların bir çoxunda qeyri-qanuni tikililərin meydana gəlməsinə, nəqliyyat və digər infrastrukturların pozulmasına çox bərbat şəkildə şəhərsalma proqramının icra olunmasına gətirib çıxarmışdı. Mən elə hesab edirəm ki, bu doğru qərardır. Yaxın zamanlarda tikintinin tənzimlənməsi və qeyri-qanuni tikililərin sənədləşdirilməsi istiqamətində də çox ciddi bir qərar veriləcək. Yəqin ki, bu qərardan sonra icra hakimiyyətləri artıq əvvəlki kimi qeyri-qanuni, hətta tikintisi üçün icazə tələb olunmayan, məlumatlandırma qaydasında inşa olunan tikililərin də ortaya çıxmasına imkan yarada bilməyəcək. Bu proses hesab edirəm ki, çox ciddi nəzarətə götrülməlidir. Çünki bu günə qədər fəaliyyət nəticəsində təkcə Abşeron ərazisində 600 minədək qeyri-qanuni tikinti meydana gəlib. Gələcəkdə belə bir proses olmasın deyə, şəhərsalma və tikinti ilə bağlı qayda və qanunların konkretəşməsinə və buna ciddi şəkildə əməl olunmasına şərait yaradılmalıdır”.

Ekspert həmçinin tikinti və ya söküntü qərarı verilən tikililərin aqibətləri haqqında da məlumat verib:

“Ötən ilin avqust ayınadək tikilmiş tikililər artıq ucaldılıb, bunlar istisnadır. Bu tarixdən sonrakılar ilə bağlı isə monitorinq aparılmalıdır. Monitorinq nəticəsində bəlli olacaq ki, məsələn tikilinin bir hissəsi inşa olunub və ya heç inşa olunmayıb, yalnız torpaq işləri həyata keçirilib. Bu proselər dayandırıla bilər. Amma əgər inşaatın 50%-dən çou tikilibsə, məsələ bir qədər fərqli olacaq”.

Şərhlər

XƏBƏR LENTİ