SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bəyaz Diş klinikasında dişi bəyazlaşdırırlar bəs... – Ruslan Əliyev haqqında cinayət işi nə üçün açılıbmış?

Bəyaz Diş klinikasında dişi bəyazlaşdırırlar bəs... – Ruslan Əliyev haqqında cinayət işi nə üçün açılıbmış?

Tarix:

12-12-2019, 13:11

/ 1 033 dəfə oxundu.
Bəyaz Diş klinikasında dişi bəyazlaşdırırlar bəs... – Ruslan Əliyev haqqında cinayət işi nə üçün açılıbmış?

Özəl tibb fəaliyyəti haqqinda Azərbaycan Respublikasinin Qanununa müvafiq olaraq bu tip müəssisələri hüquqi və fiziki şəxslər yarada bilərlər. Və bu məqsəd üçün paytaxtda fəaliyyətə görə 2250 manat, rayonlar üçün isə bu məbləğ 1125 azn nəzərdə tutulur. Lakin...
Lakin ölkə qanunları vətəndaş üçün münabit şərait yaratmaqla bərabər, eyni zamanda göstərilən xdmətin keyfiyyətini də, tələb edir. Ötən gün redaksiyaya Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 31,m.20-də hüquqi qeydiyyatda olan “Bəyaz Diş” klinikasındakı vəziyyətlə bağlı oxucu zəngi oldu. Zəng edən şəxs bu kilinikanın icraçı direktoru Əliyev Ruslan İsmayıl oğlunun hətta ali tibb təhsili olmadan həkim kimi fəaliyyət göstərdiyini bildirdi. Məlumatda o da qeyd edilirdi ki, ali tibb təhsili olmamasına baxmayaraq Ruslan Əliyev artıq uzun müddətdir ki, həkim kimi fəaliyyət göstərir. Nəzərə alsaq ki, onun məşğul olduğu sahə həvəskar fəaliyyət üçün nəzərdə tutulmayıb, o halda xeyli hüquqi nüanslar ortaya çıxır. Mənbənin bildirdiynə görə Ruslan Sumqayıt tibb kollecini bitirib. Və yuxarıda qeyd edildiyi kimi uzun müddətdir ki, stomotoloq kimi fəaliyyət göstərir. Sözsüz ki, ali təhsili olmayan birinin hansısa dövlət müəssisəsində həkim kimi fəaliyyət göstərməsi mümkün deyil. Dünya səhiyyə sistemi inkişaf edir. Azərbaycan dünyanın bir parçası olmaqla dünyadakı yeniliklərin ölkəyə tətbiqində maraqlıdır. Bu tətbiq zamanı isə akademik bilik vacib amildir. Əslində biz kollec və digər peşə təhsillərinin əleyhinə deyilik. Əksinə ali təhsillə paralel müxtəlif istiqamətli peşə və orta ixtisas təhsillərinin inkişafı da, arzu ediləndir. Və bu o vaxt öz müsbət effektini verər ki, hər kəs sahibləndiyi peşəsi ilə məşğul olsun.
Mənbənin bildirdiyinə görə ali təhsili olmayan Ruslan Əliyev hansısa prestijli dövlət tibb müəssisəsində fəaliyyət göstərə bilməyəcəyini başa düşdüyü üçün özünün klinikasını yaratmağı düşünür. Əslində burada pis heç nə yoxdur. Hər bir Azərbaycan vətəndaşı öz üzərində işləməli və inkişaf etməlidir. Lakin mənbənin bildirdiyinə görə Ruslan Əliyevin təsisçisi olduğu “Bəyaz Diş” klinikası tibbi tələblərə də tam mənasında cavab vermir. Belə ki, mənbənin bildirdiyinə görə Elşən adlı sabiq polis əməkdaşına məxsus mənzildə fəaliyyət göstərən klinikada sterilzasiya normaya uyğun deyil. Çünki mənzil-klinikanın mətbəxi ilə streilizasiya olunan məkan eyni yerdədir. Avtokulab isə işləmir. Ruslanın həkim kimi fəaliyyət göstərdiyi kabinetin ölçüsü də tələblərə cavab vermir. Yəni kabinet qanunla tələb olunan ölçüdən kiçikdir. Koridor isə klinika kimi fəaliyyət göstərmənin tələblərinə görə ensizdir. Mənbə onu da qeyd etdi ki, mövcud çatışmamazlıqlarla bu günlərdə standartlaşdırmanın əməkdaşlarının klinikaya gəlişini Ruslan Əliyev aqressivliklə qarşılayıb. Məlumatlı mənbə Ruslan Əliyevin aqressiyasını klinikadakı kresloların müəyyən qisminin qeydiyyatda olmaması ilə əlaqələndirdi.
Mənbə onu da qeyd etdi ki, 4 həkim, 2 tibb bacısı və bir xadimənin fəaliyyət göstərdiyi klinikada yalnız Ruslan Əliyevin əmək müqaviləsi mövcuddur. Həkimlər 2,4,6-cı günlər 15.00-dan, 21.00-a qədər klinkda fəaliyyət göstərirlər. Digər vaxtlarda isə ali tibb təhsili olmadığı halda Ruslan özü həkim kimi fəaliyyət göstərir. Sözsüz ki, əldə etdiyimiz məlumatlara əsasən jurnalist kimi müəyyən araşdırmalar apardığımız zaman məlum oldu ki, “TƏE BƏYAZ DİŞ” Məhdud məsuliyyətli cəmiyyət adı ilə qeydiyyatdan keçən (VÖEN 3101359191), 2 saylı Ərazi Vergilər baş idarəsində qeydiyyatda olan, nizamnamə kapitalı 10 azn təşkil edən, reyesterdən son dəfə verilmiş çıxarış tarixi 01.07.2016-cı il olan müəssisənin təsisçisi Əliyev Ruslan İsmayıl oğludur. Ruslan Əliyev haqqında mənbə olduqca ilginc olan digər məlumatları da verdi.
Bizi izləyin
Növbəti sayımızda:
1. Ayrı-ayrı vaxtlarda Ruslan Əliyev haqqında açılan 3 cinayət işinin səbəblər nə olub?
2. Ruslan Əliyev Əsli adlı qadına nə üçün xəsarət yetirib?
3. Abşeron rayon polis idarəsində Əsli adlı qadına yetirilən xəsarətə görə qaldırılan cinayət işi rayon prokurorluğunda necə barışıqla nəticələndi?
Redaksiya, məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Xeberdar.net

Şərhlər

XƏBƏR LENTİ