Bu ixtisasa qəbul imtahanının ödənişi 100 manatdır
Məlum olduğu kimi, Tarif Şurası tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərini təsdiq edib.
11 xidmət üzrə müəyyən olunan tariflərə görə, bir iştirak üçün minimum məbləğ 30 manatdır.
Qəbul imtahanlarında ödənişli iştirak üçün nəzərdə tutulan ən yüksək məbləğ isə tibb sahəsindədir. Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı (II mərhələ) üzrə iştirak üçün nəzərdə tutulan ödəniş məbləği bir iştirak üçün ƏDV-siz 100 manat təşkil edir.
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı (I mərhələ), bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanı (II mərhələ) və bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanı (I mərhələ) iştirak üçün nəzərdə tutulan ödəniş müvafiq olaraq, 60, 50 və 45 manat təşkil edir.
Orta ixtisas təhsili müəssisələrinə tam orta və ümumi orta təhsil bazasında qəbul imtahanı üçün ödənişli məbləğ isə 45 manat müəyyən edilib.
Qeyd edək ki, Prezidentin Sərəncamına əsasən, ilk dəfə ümumi və tam orta təhsil səviyyələri üzrə orta ixtisas təhsili müəssisələrinə, ilk dəfə ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanında (həm 1-ci, həm də 2-ci mərhələ), ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanında abituriyentlərin iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək