XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Külək Bakıda ağacları aşırmağa başladı – FOTOLAR

Külək Bakıda ağacları aşırmağa başladı – FOTOLAR

Külək Bakıda ağacları aşırmağa başladı – FOTOLAR
2-12-2019, 14:22

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə xəbərdarlıq edib.

BŞİH-in vəzifəli şəxsi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hal-hazırda paytaxtın bəzi yerlərində güclü külək müşahidə olunur:

“Külək bəzi yerlərdə 5-6 ağacı kökündən qopararaq yaşıllığa ziyan vurub. Odur ki, paytaxt sakinlərindən xahiş olunur ki, nəqliyyat vasitələrini hündürgövdəli ağacların altında park etməsinlər. Hətta özləri keçərkən diqqətli olsunlar, çünki küləyin sürəti normadan artıq olduğu üçün hər an sağlam ağacları belə aşıra bilər”.

Qeyd edilib ki, aşan ağaclardan biri avtomobilin üzərində düşüb, xəsarət alan olmayıb.
Külək Bakıda ağacları aşırmağa başladı – FOTOLAR

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.