XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Zabrat - Kürdəxanı magistralında "Sunami" təhlükəsi - Yüzlərlə sakin təlaşda...

Zabrat - Kürdəxanı magistralında "Sunami" təhlükəsi - Yüzlərlə sakin təlaşda...

Zabrat - Kürdəxanı magistralında "Sunami" təhlükəsi - Yüzlərlə sakin təlaşda...
4-04-2017, 09:37

Sabunçu rayonundan bir qrup sakin tərəfindən müraciət daxil olub. Müraciət müəllifləri rayon rəhbərliyinin və bütövlükdə Bakı Şəhər İcra Hakimiyyətinin onların çoxsaylı müraciətlərinə biganə yanaşdıqlarından şikayətləniblər. Sakinlərin sözlərinə görə xeyli vaxtdır böyük bir massiv su altında qalıb və hər ötən gün vəziyyət daha da dözülməz hal alır.

Edilən müraciət əsasında əməkdaşımız Zabrat dairəsindən Kürdəxanı - Məhəmmədi istiqamətinə gedən yolun hər iki tərəfində yerləşən yaşayış massivində olaraq gördüyü acınacaqlı mənzərədən heyrətlənib. Bəlli olub ki, aylardı ərazidəki gölə qəsəbələrdən axıdılan kanalizasiya və mənşəyi bəlli olmayan digər sular bütöv bir massivdə dəhşətli mənzərə yaradıb.

Xatırladaq ki, daha acınacaqlı vəziyyət Zabrat dairəsindən Kürdəxanı-Məhəmmədi istiqamətinə gedən yolun Bakı İstintaq Təcridxanası ilə üzbəüz olan hissəsindəki və "Yeddi Gözəl" yaşayış massivinin sağ tərəfində olan yüzlərlə həyət evlərindədir. Artıq onlarla ev qəza vəziyyətinə düşərək sahiblərini çətin duruma salıb.

Vəziyyət o qədər acınacaqlı hal alıb ki, səviyyəsi qalxan göl cəmisi iki il əvvəl çəkilmiş çox yüksək keyfiyyətli magistral yolu da sıradan çıxarmaqdadır. Sakinlərin iddiasına görə hətta bir neçə gün gölün suyu əsas magistral yolu bağladığından qəsəbəyə gediş-gəliş mümkünsüz hala gəlib. Sonradan görülən kosmetik tədbirlər nəticəsində ərazisi yüzlərlə hektara çatan gölün səviyyəsini qismən də olsa aşağı salmaq mümkün olub.

Əməkdaşımızın çəkdiyi fotoları təqdim edirik:

Moderator
Zabrat - Kürdəxanı magistralında "Sunami" təhlükəsi - Yüzlərlə sakin təlaşda...
Zabrat - Kürdəxanı magistralında "Sunami" təhlükəsi - Yüzlərlə sakin təlaşda...
Zabrat - Kürdəxanı magistralında "Sunami" təhlükəsi - Yüzlərlə sakin təlaşda...
Zabrat - Kürdəxanı magistralında "Sunami" təhlükəsi - Yüzlərlə sakin təlaşda...
Zabrat - Kürdəxanı magistralında "Sunami" təhlükəsi - Yüzlərlə sakin təlaşda...
Zabrat - Kürdəxanı magistralında "Sunami" təhlükəsi - Yüzlərlə sakin təlaşda...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.