XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Qaradağ rayon Qızıldaş qəsəbəsində acınacaqlı vəziyyət - FOTOLAR

Qaradağ rayon Qızıldaş qəsəbəsində acınacaqlı vəziyyət - FOTOLAR

Qaradağ rayon Qızıldaş qəsəbəsində acınacaqlı vəziyyət - FOTOLAR
20-03-2018, 14:41

Hörmətli Xalqxəbər İnformasiya Agentliyi!
Azərbaycan Respublikasının Möhtərəm Prezidenti İlham Əliyev cənabları ətraf mühitin çirklənməsi və ekoloji təmizliyin qorunması istiqamətində mühüm tapşırıqlar vermişdir.Buna baxmayaraq bəzi dövlət və yerli özünü idarəetmə orqanları cənab prezidentimizin bu tapşırıq və tövsiyyələrindən nəticə çıxarda bilmir.Son günlərdə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində şahidi olduğum bir mənzərə məni dəhşətə gətirdi.Belə ki,Qızıldaş qəsəbəsinin yeni yaşayış massivi adlandırılan ərazisində yaşayan qardaşım Laçın rayonundan olan məcburi köçkün Ceyhun Hüseynovun evinə getmişdim.Qızıldaş qəsəbəsinin kanalizasiya sularının yeni yaşayış masivinə açıq axıdılması azmış kimi yaşayış evlərinin ətrafı böyük zibilliklərdən ibarət idi.Qardaşım Hüseynov Ceyhun Camal oğlundan soruşdum ki, bu dözülməz vəziyyət barədə niyə aidiyyatı orqanlara müraciət etmirsiz.O bildirdi ki, Qaradağ Rayon İcra Hakimiyyətinə və Qızılaş qəsəbə nümayəndəliyinə, qəsəbə bələdiyyəsinə dəfələrlə müraciət etsəkdə müsbət nəticə əldə olunmayıb.Kanalizasiya sularının və zibilliyin verdiyi üfunət iyini ekoloji terror kimi dəyərləndirirəm.Burada yaşayan ailələrin azyaşlı övladları dəhşətli xəstəliklərin daşıyıcısı olmayacaqına heç kim zəmanət verə bilməz.Bu ərazidə xidmət göstərən Mənzil Komunal Təsərrüfat Birliyinin fəaliyyətindən söhbət belə gedə bilməz.Dəhşətlisi odur ki, Ulu öndərimizin adını daşıyan parkın bir hissəsidə kəsilib zibil poliqonuna çevrilib. Xahiş edirəm bu məsələni ictimailəşdirməklə Qızıldaş qəsəbə sakinlərinə öz köməkliyinizi əsirgəməyin.

Laçın rayon sakini D.Hüseynova
Qaradağ rayon Qızıldaş qəsəbəsində acınacaqlı vəziyyət - FOTOLAR
Qaradağ rayon Qızıldaş qəsəbəsində acınacaqlı vəziyyət - FOTOLAR
Qaradağ rayon Qızıldaş qəsəbəsində acınacaqlı vəziyyət - FOTOLAR
Qaradağ rayon Qızıldaş qəsəbəsində acınacaqlı vəziyyət - FOTOLAR
Qaradağ rayon Qızıldaş qəsəbəsində acınacaqlı vəziyyət - FOTOLAR
Qaradağ rayon Qızıldaş qəsəbəsində acınacaqlı vəziyyət - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.