SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində yola salınıblar

Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində yola salınıblar

Tarix:

13-11-2019, 09:57

/ 782 dəfə oxundu.
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində yola salınıblar

13 noyabr 2019-cu il tarixində Nərimanov rayonunun orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərindən 40 şagird “Ölkəmizi tanıyaq” 12-ci maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində yola salınıblar.
Yolasalma mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, İcra Hakimiyyətinin rəhbərliyi, müəllimlər, valideynlər, məktəblilər iştirak ediblər.
Yolasalma mərasimində çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev bu tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsində önəmini vurğulayıb. “Ölkəmizi tanıyaq” tur-aksiyası bir neçə ildir uğurla həyata keçirilir. Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә Ümummilli Lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Prezident İlham Әliyevin diqqət və qayğısı ilə hәyata keçirilən dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.
Bu, dövlətimizin məktəblilərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Səfər çərçivəsində məktəblilər rayonlarımızın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, qədim abidələri ilə tanış olacaq, geniş məlumat əldə edəcəklər.
A.Fərzəliyev məktəblilərin tur çərçivəsində Nərimanov rayonunu layiqincə təmsil edəcəyinə, təşkil olunacaq yarışlarda uğurlar qazanacaqlarına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən valideynlər, müəllimlər, şagirdlər ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Sonra məktəblilər Gəncə-Şəmkir-Göygöl istiqamətində yola düşüblər.

Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində yola salınıblar


Şərhlər

XƏBƏR LENTİ