SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzuli məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında... - FOTOLAR

Füzuli məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında... - FOTOLAR

Tarix:

18-11-2018, 10:12

/ 1 466 dəfə oxundu.
Füzuli məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında... - FOTOLAR

17 noyabr tarixində Füzuli RİHB aparatının akt zalında “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarının yola salınmasına həsr olunmuş görüş keçirilmişdir. Görüşdə Şura üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

xalqxeber.az xəbər verir ki, tədbirdə iştirak edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Ulu öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin bugünkü dinamik inkişafının, sosial-iqtisadi gücünün gündən-günə artmasının Prezident cənab İlham Əliyevin qətiyyət və iradəsinin nəticəsi olduğunu bildirdi. Rayon rəhbəri dövlət başçısının rəhbərliyi ilə rayonda tikilən obyektlər, çəkilən yollar, əhalinin rifahının yüksəldilməsi və məşğulluğunun təminatı istiqamətində atılan mühüm addımlar haqqında görüş iştirakçılarına geniş məlumat verdi. Alı Alıyev qaçqınların və məcburi köçkünlərin, şəhid ailələrinin, əhalinin aztəminatlı təbəqəsinin bütün problemlərinin daim ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu bildirdi. Rayon rəhbəri Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində inşa olunan 6 mühüm layihənin məhz “Heydər Əliyev” fondunun maliyyə dəstəyi və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirdiyini diqqətə çatdırdı. Alı Alıyev “Ölkəmizi tanıyaq” tur-aksiyalarının təşkilini gənc nəslin təlim-tərbiyəsinin düzgün qurulmasına, vətənpərvərlik ideyalarının təbliğinə yönəlmiş xüsusi bir dövlət qayğısı olaraq izah etdi.

Daha sonra tur-aksiyalar barədə geniş məlumat verən rayon rəhbəri keçirilən tur-aksiyalarda Füzuli rayonundan 240 nəfərin iştirak etdiyini diqqətə çatdırdı.

Çıxış edən müəllimlər, valideynlər və şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyalarının təşkili və rayonumuza göstərdiyi diqqətə, qayğıya görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.

Sonda tədbir iştirakçılarına “Cəbhə bölgəsində yerləşən Horadiz bu gün” adlı videoçarx nümayiş etdirilmişdir.

Bu görüşün davamı olaraq 18 noyabr tarixində Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin iştirakı ilə “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarının təntənəli yolasalma mərasimi keçirilmişdir.

Füzuli məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında...
Füzuli məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında... - FOTOLAR
Füzuli məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında... - FOTOLAR
Füzuli məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında... - FOTOLAR
Füzuli məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında... - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ