SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məktəb direktorundan müdhiş şantaj

Məktəb direktorundan müdhiş şantaj

Tarix:

16-10-2019, 14:17

/ 591 dəfə oxundu.
Məktəb direktorundan müdhiş şantaj

Bu yaxınlarda aktualxeber.az saytında “Məktəb direktorundan nazir müavininə ağır ittiham” başlıqlı məqalə dərc olunmuşdu. Həmin məqalənin sonunda qeyd etmişdik ki, direktorun oğlunun vaxtilə tələbə qıza qarşı nalayiq hərəkətləri, SOCAR-da işləyən həyat yoldaşının hansı hadisəni ört basdır etməsi ilə bağlı oxucularımıza ətraflı məlumat verəcəyik.
Xatırladaq ki, təxminən 3 il bundan əvvəl II qrup əlil olan Fəqan Nəsibov adlı bir Azərbaycan vətəndaşı onun ailəsinə faciələr gətirmiş Fərid Cəfərlinin əməllərini ifşa etmişdi. Belə ki, həmin şikayətçi F. Cəfərlini qızına təcavüz edərək zorlamaqda ittiham edirdi. F.Nəsibov: «Məni yandıran da budur ki, Fərid Cəfərli evimizə basqın edir, həyat yoldaşımı döyür, qızımı şantaj edərək onu evdən aparır… İndi bir ailə başçısı kimi mənim vəziyyətimi qiymətləndirin… Ən pisi budur ki, Fərid Cəfərlinin valideynləri vəzifə və pul imkanları qarşılığında istintaqa təsir edirlər…”. Qeyd edək ki, həmin vaxt tələbə olan bu şəxsin anası Firəngiz Həsənova Bakıdakı 53 nömrəli məktəbin direktoru, atası Ramil Cəfərov isə SOCAR-da auidit işləyir və onlar oğlanlarının hansı əməllərə əl atdıqlarını bildikləri halda, onu bu yoldan çəkindirməyiblər.
Narazı valideynin sözlərinə görə, o, həmin gecə Fərid Cəfərlinin Bakıda 53 nömrəli tam orta məktəbin direktoru işləyən anası Firəngiz Həsənovaya zəng edib vəziyyəti danışıb: “Təxminən iki saat sonra Fərid Cəfərlinin atası gəldi, lakin heç bir reaksiya vermədi. Sanki heç nə olmayıb. Hətta dedi ki, gedib hara şikayət edirsiniz-edin, onsuz da sizi dinləyən olmaycaq… Əgər oğlumdan şikayətçi olsanız, əlimdəki şəkilləri yayacağam…”
Məlum olduğu kimi, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında məmurlara və onların övladlarına xəbərdarlıq edib, onların özbaşınalığa son qoymasını, vətəndaşları incitməməsini, harınlıq etməməsini, əyləncəli həyatlarını gözə soxmamasını, sadə olmalarını tövsiyə edib. Lakin təəssüflər olsun ki, cəmiyyət hələ də ərköyün məmur övladlarının özbaşınalıqlarından yaxa qurtara bilmir. Prezidentin sərt reaksiyasından sonra təkcə son illər bir neçə yüksək rütbəli məmur oğlu həbs edilib, özləri isə vəzifələri ilə vidalaşmalı olublar. Ümidvarıq ki, növbə bu ailənin başına oyunlar açmış məmurlara da çatacaq.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ