SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məktəb direktorundan nazir müavininə ağır ittiham

Məktəb direktorundan nazir müavininə ağır ittiham

Tarix:

10-10-2019, 16:46

/ 1 185 dəfə oxundu.
Məktəb direktorundan nazir müavininə ağır ittiham

Redaksiyamıza Yasamal rayonunda yerləşən 53 saylı orta məktəblə bağlı ilginc məlumatlar daxil olub. Aktualxeber.az-a daxil olan həmin məlumatlarda qeyd olunur ki, 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib. Direktor orta məktəbin hesabına milyonlar qazanmaqla böyük var-dövlət sahibinə çevrilib. Məktəbdəki mənbəmizin verdiyi məlumata görə, direktorun əsas qazanc yerlərindən biri müəllim və şagirdlərdən yığdığı qanunsuz pullardır. Məsələn bu yaxınlarda müəllimlər günü münasibəti ilə 53 saylı orta məktəbdə pul yığma kompaniyasının keçirildiyi və şagirdlərdən ən azı 50 manat istənilərək alındığı deyilir. F.Həsənovanın əsas qazanc yerlərindən biri də məktəbin müəllimlərinin əksəriyyətinə dərs saatını çox yazaraq əlavə pullar götürməsdir. Mənbəmiz qeyd edir ki, 53 saylı orta məktəbdə 60-a yaxın müəllimə artıq dərs saatları yazılıb və hər ay artıq dərs saatlarının pulu F.Həsənovaya çatır. Məktəb direktorunun maliyyə maxinasiyaları bununla bitmir. Ən ilginc fakt isə direktor tərəfindən hazırlanmış imkanlı şagirdlərin siyahısıdır. Direktorun təsərrüfat işləri üzrə müavini olan doğmaca qaynı Rahib Cəfərov imkanlı şagirdlərin siyahısını tutaraq ona verir. Məktəb direktoru isə həmin şagirdləri yanına çağıraraq valideyinlərindən 50-100 manat arası pul almasını istəyir. İnformasiya mənbəmiz bildirir ki, Firəngiz Həsənova şagirdlərdən pul almağın ən yaxşı metodunu tapıb. Məktəb direktoru şagirddən rüşvəti tələb etmir, əksinə çox ustalıqla, qayğı və nəvazişlə xahiş edir, ağız açır. Məktəb direktorunun “şirin dilinə” aldanan şagird isə ondan istənilən pulu gətirir. Mənbəmiz qeyd edirki, hətta bəzi valideynlərə şəxsən F.Həsənovanın özü zəng edərək, köməklik göstərməsini xahiş edir. Məmur, yaxud biznesmen valideyn isə direktorun “şirin dilinin”, xahişinin qarşısında “əriyərək” onun istədiyi “şabaşı” göndərir. Verilən digər məlumatda vurğulanır ki, F.Həsənova qaynının əli ilə məktəbin sinif otaqlarını repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərə aylıq icarəyə verib. Bundan başqa 9, 10, 11-ci siniflərdə oxuyan xeyli sayda şagirdin ancaq adları dərs jurnallarında var. Çünki həmin şagirdlər ya hazırlıq kurslarına, ya da özəl müəllim yanına getdiklərindən məktəbə vaxt ayıra bilmirlər. Adları jurnalda olub, özləri özəl dərslərə gedən şagirdlərin aylıq olaraq Firəngiz Həsənovaya 150 manat verdikləri deyilir. Məktəb direktoru təkcə bu yolnan ayda 15-20 min manat arası qazanc əldə edir. 15 ilə yaxındır 53 saylı orta məktəbə rəhbərlik edən F.Həsənova artıq öz yerini xeyli bərkitdiyini açıq şəkildə müəllimlərə deyir. Şagird və müəllim heyətinin ələ ilə yığdığı pullar sayəsində direktorun özünə arxa-dayaq tapdığı bildirilir. Mənbəmiz məktəb direktorunun himayəçisinin Təhsil nazirinin müavini olan Məhəbbət Vəliyevanın olduğunu deyir. Verilən məlumata görə, Firəngiz Həsənovanın etdiyi bütün qanunsuzlluqlardan M.Vəliyevanın xəbəri var. M.Vəliyevanın Bakı şəhər Təhsil İdarəsinin müdiri olan vaxtdan F.Həsənovanın şagird, müəllim heyətindən qanunsuz rüşvət yığmasından və artıq dərs saatlarında külli miqdarda qazancdan öz “payını” aldığı bildirilir. Firəngiz Həsənova narazılıq edən müəllimlərə açıq şəkildə deyir ki, “kimə şikayət edirsiniz edin, onsuz da Məhəbbətim məni qoruyacaq”. Məktəb direktorunun Məhəbbət Vəliyevaya bu qədər arxayın olmasının əsas səbəblərindən birinin ona hədiyyə edilən bahalı qızıl saat olduğu iddia edilir. Mənbəmiz bildirir ki, Məhəbbət xanım hələ o vaxtlar Bakı şəhər Təhsil İdarəsinin müdiri təyin olunanda Firəngiz Həsənova yeni müdirə xanıma qiyməti 20 min manat civarında olan brilliantla bəzədilmiş qızıl saat hədiyyə edib. Məhz hədiyyə saatdan sonra bu iki xanımın münasibətləri daha da istiləşib. Məktəbdəki mənbəmiz bildirir ki, Məhəbbət Vəliyevaya brilliant saatı bağışlamasını Firəngiz Həsənova bir neçə dəfə özünə yaxın olan müəllimlərin içində açıq şəkildə deyib. Əslində Firəngiz Həsənova Məhəbbət Vəliyevaya brilliantla bəzədilmiş qızıl saat hədiyyə verməsini dilinə gətirməklə nazir müavinini hədəfə gətirir. Çünki istənilən halda onun məktəb direktorundan bahalı hədiyyə qəbul etməsi qanuna görə cinayətdir. Yəni bu açıq şəkildə rüşvət sayılır. F.Həsənova M.Vəliyevaya 20 min manatlıq qızıl saat hədiyyə etməsini dövriyyəyə buraxmaqla, açıq şəkildə elan edir ki, nazir müavini ondan rüşvət alıb və buna görə də ona heç kəs bata bilməz.
Qeyd edək ki, 53 saylı orta məktəbdə baş alıb gedən qanunsuzluqlar və hansı siniflərdən nə qədər vəsait yığılması, həmçinin Firəngiz Həsənovanın qaynının maxinasiyaları, hansı vəsaitlə özünə ev, maşın almasını və məktəb direktorunun paytaxtın hansı rayonunda dəbdəbəli bağ evi tikdirməsi, oğlunun vaxtilə tələbə qıza qarşı nalayiq hərəkətləri, SOCAR-da işləyən həyat yoldaşının hansı hadisəni ört basdır etməsi ilə bağlı oxucularımıza ətraflı məlumat verəcəyik.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ