SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Premium Clinic” bağlana bilər

"Premium Clinic” bağlana bilər

Tarix:

24-10-2019, 14:09

/ 878 dəfə oxundu.
"Premium Clinic” bağlana bilər

Bu yaxınlarda aktualxeber.az saytında ““Premium Clinic”də ciddi nöqsanlar” və ““Premium Clinic”də xəstələr soyulur” başlıqlı yazılarımız dərc olunmuşdu. Məqalələrdə qeyd etmişdik ki, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 25 B ünvanında 6 mərtəbəli binada 2013-cü ildən fəaliyyət göstərən “Premium Clinic”də baş verən çoxsaylı nöqsan və çatışmazlıqlardan sayı-hesabı yoxdur. Klinikadakı otaqların standartlara cavab verməməsindən, isti yay günlərində soyutma sisteminin işləməməsindən, bunun əvəzinə xəstələrə sərinkeş aldırılmasından, orada reanimasiyanın olmamasından, həkimlərin səhlənkarlığından və klinikanın fəaliyyətindəki mənfi hallarla bağlı Səhiyyə Nazirliyinə saysız-hesabsız şikayətlər olunsa da hələ ki, bir tədbir görən yoxdur.

Astara rayonu Siyaku kənd sakini 1991-ci il təvəllüdlü Mahmudov Nurlan Tehrab oğlunun “Premium Clinic”də burun-boğaz əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olmasını da dediklərimizə sübut kimi qeyd etmişdik. “Premium Clinic”dən narazı olan bir şikayətçinin dediklərini yazmaqla orada bu halın hər gün təkrar olunduğuna şübhəmizin olmadığını sizlərlə bölüşdük. Səhiyyə Nazirliyi və digər əlaqədar qurumlar vaxtında tədbir görməsələr orada baş verənlər hələ çox davam edəcəkdir. Ümidvarıq ki, şikayətçilərin haqq səsi bir gün eşıdıləcəkdir və “Premium Clinic”in lisenziyası ləğv ediləcəkdir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ