Bakının özəl klinikasında baş həkimdən xəstəyə qarşı ədəbsizlik: "Gördün pilləkən var, gəlmə"
Bakı sakini özəl klinikanın baş həkiminin davranışlarından narazıdır. O, tibb mütəxəssisini müvafiq qurumlara şikayət edəcəyəni söyləyir.
Nigar Qəmərli adlı paytaxt sakini minval.info-ya Bakıda fəaliyyət göstərən "İstanbul Clinic” xəstəxanasında başına gələn hadisə barədə danışıb.
"Ayağımı zədələmişəm, həkim mənə fizioterapiya yazdı. Bu vəziyyətdə güclə gəzdiyim üçün evimin yanındakı klinikaya getdim. "İstanbul Clinic”-ə daxil olmaq üçün uzun pilləkənləri çıxmaq lazımdır və başqa hər hansı bir girişi yoxdur. Bu məsələni oranın baş həkimi Ümman Abbasovaya dedim. Ondan soruşdum ki, "mənim kimi və daha ağır xəstələr buraya necə gəlsin”, o isə "gördün pilləkən var, gəlmə, çıx get” cavabını verdi” – şikayətçi bildirib.
Nigar xanım onun bu cür reaksiyasına şok olduğunu qeyd edib və həkimə "siz xəstəyə necə belə deyə bilərsiniz?” - deyib. O isə yenidən "hə də, pilləkən var, gelmə” sözlərini söyləyib.
N.Qəmərlinin iddiasına görə, həkimə bildirib ki, onu bu münasibətinə görə, şikayət edəcək. Amma tibb mütəxəssisi "hara istəyirsən, şikayət et” deyib. O, bütün baş verənlərə görə susmayacağını və müvafiq addımlar atacağını qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?