SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MİLLİ ORFEOQRAFİYAYA ƏMƏL EDİLMİR

BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MİLLİ ORFEOQRAFİYAYA ƏMƏL EDİLMİR

Tarix:

14-06-2019, 14:10

/ 802 dəfə oxundu.
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MİLLİ ORFEOQRAFİYAYA ƏMƏL EDİLMİR

Adı qeyd edilən bu təhsil ocağında Filologiya üzrə və Azərbaycan dili -ədəbiyyat ixtisasları yer alsa da, çox təəssüf ki, Azərbaycan dili ilə yazılan bəzi sözlərin necə gəldi məlumat lövhələrində yazılmasına belə məhəl qoyulmur. Belə ki, Universitetin giriş foyesi önündə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin bir bənd şeirinə nəzər salsaq görərik ki, misradakı "üzün "sözündəki "z"hərfi məhz rus qrafikası ilə əks olunmuşdur.Qalan sözlər isə milli dil olan Azərbaycan qrafikalı əlifba ilə qeyd edilmişdir.

Bundan başqa burada tərtib olunan digər bir ixtisas elanlı lövhədə isə "Məktəbəqədər" sözü əvəzinə "Mətəbəqədər" sözü qeyd edilmişdir. Təcrübəli Nurlana Əliyevanın bir rektor olaraq və bir neçə dilçi pedoqoji heyətdən olan elmlər namizədi, dosent və professorlarınsa bu qeyd edilən neqativ hala qarşı görüb hər hansı bir tədbir görməməsi artıq bütün hər kəsdə maraqlı və gülünc fikir tendensiyası yaratmış olur. Axı niyə də yaratmasın? Bu qeyd edilənlər hər hansısa bir uşaq baxçası vəya orta ümumtəhsil məktəbində baş versə idi bununla barışmaq olardı.Məhz Slavyan dillərini tədris edən , eyni zamanda pedoqoji sahəyə də kadr hazırlayan Bakı Slavyan Universitetində bunların baş verməsi bir daha buradakı müəllim heyətinin təcrübəsini şübhə altına alır.

Mövzuya qayıdacağıq...
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MİLLİ ORFEOQRAFİYAYA ƏMƏL EDİLMİR
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MİLLİ ORFEOQRAFİYAYA ƏMƏL EDİLMİR

Şərhlər

XƏBƏR LENTİ