SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Slavyan Universitetinin rektoru niyə vuruldu? – ŞOK FAKTLAR

Slavyan Universitetinin rektoru niyə vuruldu? – ŞOK FAKTLAR

Tarix:

23-06-2021, 15:57

/ 607 dəfə oxundu.
Slavyan Universitetinin rektoru niyə vuruldu? – ŞOK FAKTLAR

İyunun 22-də Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tutduğu vəzifəsindən azad edilib. Nurlana Əliyeva düz 5 il əvvəl, iyunun 23-də isə həmin vəzifəyə təyinat almışdı. Bu gün həmin təyinatın beş yaşı bitir.

Bəs beş ildə xanım rektor Slavyan Universitetində nə işlər görüb?

Üç ilə yaxındır ki, yerli mətbuatda "Nurlana Əliyeva BSU-nu rüşvət yuvasına çevirdi" başlıqlı bir çox yazılar dərc olunurdu. Bundan əlavə isə xanım Əliyevanın Bakı Slavyan Universitetilə rektor təyin olunduqdan sonra tələbə-valideyn şikayətləri də çoxluq təşkil edib. Bütün imtahan sesiyaları konkret “stavka”lara otuzdurulub. Müəllim və dekanlar “planı” icra etməyəndə ya danlanılıb, ya da vəzifəsindən uzaqlaşdırılıb.

İddiaya görə o hələ Mirzə Ələkbər Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri olduğu müddətdə təhsil ocağını “rüşvət bazasına” çevirib. İddiaya görə, kollecdə imtahan sessiyası bir tələbəyə 300-400 manata başa gəlib.

Nurlana Əliyevanın himayadarları kimlər olub?

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Nurlana Əliyevanı vəzifə pillələri ilə yüksəlməsində Baş nazirin müavini Əli Əhmədovun da xidmətləri olub. BSU rektorunun YAP Qadınlar Şurasına başçılıq etməsi də Əli Əhmədovun təklifi ilə baş tutub.

N. Əliyeva keçmiş deputat Hadi Rəcəbli ilə də qudadır. H.Rəcəblinin qızı Əliyevanın gəlinidir. Yəni, kifayət qədər siyasi elita ilə bağlantıları mövcud idi.

Universitetdən bildirilən məlumata görə, o, rektor olan müddətdə hər səhər işə gələndə mütləq şəkildə xüsusi qarşılanma ritualı var imiş. Belə ki, o, xidməti avtomobilindən enən kimi universitetin həyətində mütləq 5-6 nəfər keçmiş rektorun qarşısına çıxmalı idi. Əks halda bu onun əməkdaşları üçün yaxşı nəticələnməzdi.

Burada xüsusi qarşılanmağı sevən, ölkədə keçmiş nazir olan bir şəxsi xatırlamaq yerinə düşərdi. Bir zaman o da sarayları xatırladan imarətinə gəldikdə evdə çalışan 25 nəfər xidmətçi mütləq darvazanın qarşısında sıraya düzülüb onu qarşılamalı idi. Yoxsa bu xidmətçilərə qovulmaq təhlükəsi ilə üz-üzə qoyurdu. Bu eks nazirlə keçmiş rektorun taleləri bənzəsə, gərək qolları qandallana.

Kasanı dolduran son damla

Bir müddət bundan əvvəl isə universitetin adı daha bir rüşvət halında hallanmağa başlayıb. Belə ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı daxil olmuş çoxsaylı şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində cinayət işinin başladılması haqqında məlumatlar yayılıb.

Lakin ən maraqlısı isə D.Əliyevanın ölkəni tərk etdiyi bildirilir, yəni haqqında cinayət işi açılan xanım çoxdan Azərbaycandan kənarda xımır-xımır mənimsədiyi pulları yeməklə məşğul imiş.

Başqa bir versiyaya görə isə BSU-nun rektoru xanımı susdurmaq üçün onu özü buradan uzaqlaşdırıb. İddialara görə, Dürdanə Əliyeva Nurlana xanımın ən çirkli mətbəxinin bütün detalları haqqında yetəri bilgiyə malikdir.

Şərhlər

XƏBƏR LENTİ